“Rusiya münaqişəni nəzarətdə saxlamaq istəyir” Müsahibə

“Rusiya münaqişəni nəzarətdə saxlamaq istəyir”

Vaqif Abışov: "Əgər Moskva sivil yolla bu problemin həllinə yardımçı olsa bu onun özü üçün də müsbət nəticələr yaradar"

Azərbaycan ordusunun aprelin 2-dən başladığı hərbi əməliyyatlar nəticəsində bir sıra yüksəlklilər və ərazilər işğaldan azad edildi. Ölkənin hər yerindən gözlənildiyindən daha artıq səviyyədə orduya dəstək gəldi. İnanılmaz ruh yüksəkliyi müşahidə olundu. Sanki xalq bütövlükdə müharibəyə qatılmaq istəyirdi. Amma dövlət atəşkəslə bağlı edilən müraciətlərlə razılaşdı və əks həmlələrin uğurla sona çatması danışıqlar prosesində Azərbaycana üstünlük verir. Azərbaycan ordusunun erməni silahlı qüvvələrinə vurduğu ağır zərbə danışıqlar prosesinə təsir edəcəkmi? Bundan sonrakı proseslər hansı məcrada davam edə bilər? Bu və digər suallarla bağlı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Vaqif Abışovla söhbətimizdə aydınlıq gətirməyə çalışdıq.

-2016-cı il aprelin 2-dən Azərbaycan ordusunun düşmənin həmlələrinə cavab verməsi və apardığı əməliyyatlar çox uğurla nəticələnib. Təkcə Azərbvaycan ictimaiyyəti deyil, dünya ictimaiyyəti da buna müsbət yanaşıb və bir sıra beynəlxalq təşkilatlar Azərbaycanın haqq işini dəstəkləyən bəyanatlar veriblər. Bildirilib ki, Azərbaycan torpaqları işğaldan azad edilməlidir. Təbii ki, Azərbaycanın buna haqqı çatır və Ermənistan öz işğlçı ordusunu Azərbaycan torpqalarından çıxarmalıdır. Bilirsiniz ki, 1993-cü il aprelin 2-4-ü Kəlbəcər işğal olunmuşdu. 2016-cı il aprelin 2-dən 4-nə kimi isə Azərbaycan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərimizin müəyyən hissəsini geri qaytarması xalqımıza kiçik də olsa bir hədiyyədir. Baxmayaraq ki, ərazimizin böyük hissəsi hələ də düşmən tapdağı altındadır, amma bir sıra yüksəkliklər, bir neçə kənd işğaldan azad edilib. Hər halda Azərbaycan Milli Ordusunun bu uğuru gözümüzün qarşısındadır. Bu hadisə Azərbaycan xalqının bütün təbəqələrinə yüksək səviyyədə müsbət təsir edib. Azərbaycan xalqının bayraqlarla ordumuza dəstək aksiyaları, torpaqlarımıza, vətənə öz sevgisini nümayiş etdirməsi qürurvericidir. Görürük ki, torpqlarımızın az bir hissəsinin geri qaytarılması belə sevincə səbəb olub. Bu da torpaqlarımızın bütövlükdə işğaldan azad olunmasına böyük təsir edəcək.
-Atəşkəsklə bağlı qərara münasibətiniz necədir?
-Azərbaycan bəzi dövlətlərin və beynəlxalq təşkilatların müraciətini və ermənilərin bu zərbədən dərs çıxaracaqlarını nəzərə alaraq əməliyyatları dayandırdı. Bundan sonra Ermənistan əvvəlki kimi Azərbaycanla danışa bilməyəcək.
- Düşünürsünü ki, Ermənistan Azərbaycan ordusunun gücünü gördükdən sonra diktə edən tərəf Azərbaycan olacaq...
-Təbii, diktə edən tərəf Azərbaycan olacaq və bu çox önəmlidir. Açığı deyim ki, Azərbaycan ordusunun öz torpqalarını işğaldan azad etmək əzmini 2016-cı il aprelin 2-dək hiss etmirdik. Düzdür qüvvətli ordumuz, müasir silah-sursatımız var idi. Lakin belə bir döyüşə girməmişdik və nailiyyət əldə etməmişdik. Ümid edirdik ki, beynəlxalq təşkilatlar vasitəsilə problem ədalətli şəkildə öz həllini tapacaq. Ancaq dünya mediasında gedən analitik təhlillərdən görünür ki, dünya Azərbaycanın qısa zaman ərzində torpqlarını işçğaldan azad etmə gücündə olduğunu bilir. Ermənidstan da bunu praktiki olaraq hiss etdi. Baxmayaraq ki, 1994-cü ildən bu yana müdafiə-istehkam xətləri yaratmışdı. Amma bu müdafiə xəttinin qısa zamanda yarılması sübut etdi ki, Azərbaycanın bəyanatları nə qədər ciddi əsaslara söykənir. Əgər bu prosesin qarşısını almğa cəhd etsələr o zaman müharibə yenidən alovlanacaq.
-Maraqlıdır ki, beynəlxalq dəstəək də əvvəlkilərdən fərqli idi. Bir çox ölklələr açıq dəstək verdilər. Rusiya isə Lavrov və Medvedyevi Azərbaycana göndərdi...
- Beynəlxalq aləmi bir neçə qrupa bölmək olar. Xristian təəssübkeşliyi müstəvisində Ermənistanın hərəkətlərinə gös yuman ölkələr var. Amerikanın Ermənistana münasibətini də nəzərdən keçirməliyik. Təsadüfi deyil ki, Ermənistanın qeyd şərtsiz Azərbaycan torpaqlarını işğaldan azad etməsi ilə bağlı 4 qətnaməsi uzun illərdir icra olunmadığı halda, Liviyaya qarşı qətnamə 1 günə yerinə yetildi. ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, Rusiya və Fransanın "fəaliyyətii" nəticəsində bir qarış Azərbaycan torpağı belə işğaldan azad olunmayıb. İşğalçını yerinə otuzdurmaq, işğala son qoymaq üçün ona təzyiq etmir, əksinə işğalçı ilə bir stol arxasında oturub razılığa gəlməyimiz barəsində lazımsız tövsiyələr verirdilər. Amma buna rəğmən bəzi nüfuzlu dövlətlər etiraf edirlər ki, Azərbaycan torpqlarını Rusiya işğal edib. Gümrüdəki Rusiya ordusunun saxlanması buna misal ola bilər. Ona görə də bəllidir ki, Rusiyasız bu problem çözülə bilməz.
Türkiyənin Azərbaycanın yanında olması təbii haldır və bu həmişə belə olub, belə də olacaq. Belorusiyanın prezidenti Lukaşenkonun dəstəyi təqdirəlayiq haldır. Qazaxıstan prezidenti Nursultahn Nazarbayevin də açıq formada Azərbaycana dəstək verməsi bölədəki siyasi mənzərənin Azərbaycanın xeyrinə olmasını təsdiqləyir. Türkiyə qardaş ölkədir və ona görə də onun dəstəyi həmişə olub. Amma bu iki dövlətin açıq formada belə dəstək verməsi böyük məsələdir. Amma digər MDB ölkələrindən bu dəstək ifadə olunmadı. İrana gəldkdə isə, təbii, bu dövlət yaxın qonşudur. Azərbaycan bütün aspektlərdə bu dövlətin yanılnda olub. Amma təəssüf ki. bir çox məqamlarda İran Azərbaycan və Ermənistana eyni gözlə baxıb. Baxmayaraq ki, Azərbaycanın ərazi bütövlüyünü dəsəklədiyini bəyan edir, amma digər tərəfdən də işğalçı ölkə ilə hər cür əlaqələr qurur və ona böhrandan çıxmaq üçün köməklik göstərir. İstər Güney Azərbaycan ictimaiyyətinin, istərsə də İran parlamentində təmsil olunan azərbaycanlı deputatların çağırışları və İran hökumətindən mövqe ortaya qoymas tələbləri rəsmi Tehranın müəyyən qədər Azərbaycanmeylli bəyanat verməsinə səbəb oldu. Yəni Azərbaycan türkləri faktoru nəzərə alndı və bu çoxdan belə də olmalı idi. Azərbaycan heç bir zaman qonşu İrana xəyanət etməyib. Bütün sahələr üzrə İranla öz münasibətini qoruyub saxlayıb. Əgər İran konkret olaraq Ermənistana səslənsə ki, "İşğal olunmuş ərazilərdən çıxmalısınız", məncə bu daha yetərli və effektli olar. Yəni işğalçı sözünü işlətmir. Hər iki tərəfə kömək edə biləcəyini deyir. İşğalçıya necə kömək etmək olar ki? Rusiya isə istəmir ki, Dağlıq Qarabağ münaqişəsi onun cızdığı çərçivədən kənara çıxsın və dünya dövlətləri problemin həllində rol oynasın. Təsir rıçarqını həmişə əlində saxlamağa çalışır ki, öz planlarını həyata keçirə bilsin. Təkcə bizimlə bağlı deyil, Gürcüstan, Moldovada da bu belədir, Ukraynadakı proseslər də buna sübutdur. Yəni Rusiya münaqişələr ocağında və düşmən əhatəsində yaşayır və bu mənzərəni də yaradan özüdür. Məlumdur ki, hansısa dövlətin uzun müddət belə şəraitdə yaşaması mümkün deyil. Əgər Moskva sivil yolla bu problemin həllinə yardımçı olsa bu onun özü üçün də müsbət nəticələr yaradar.

Əli