Türkiyə XİN Azərbaycanın Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
13 Noyabr 2020 13:33
176 316
Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsi davam edir. Nazirlikdən bildirilib ki, layihənin növbəti tarixi siması Cabbar Qaryağdıoğludur (1861-1944). O, Şuşanın “Seyidli” məhəlləsində anadan olub. Azərbaycan milli musiqi mədəniyyəti tarixində Cabbar Qaryağdıoğlunun özünəməxsus yeri var. O, təkcə xanəndə olmayıb, həm də istedadlı bəstəkar və şair kimi tanınıb. Azərbaycan xanəndəlik sənətinin yeni bir mərhələsi onun adı ilə bağlıdır. Azərbaycan Dövlət Konservatoriyasının ilk təşkilatçılarından biri olub.
Cabbar Qaryağdıoğlu Azərbaycan xalq musiqisinin canlı tarixi, ensiklopediyası adlandırılır. Onun oxuduğu muğam və xalq mahnıları Azərbaycanın musiqi xəzinəsinin ən qiymətli inciləridir. Cabbar Qaryağdıoğlunun ölkəmizdə opera sənətinin meydana gəlməsində də rolu böyükdür, opera səhnəmizin ilk aktyoru məhz odur. O, həm böyük sənətkar, həm də qayğıkeş müəllim idi. Şagirdlərinin qayğısına qalar, onlara səslərini qorumağı tövsiyə edərdi: “Səs və gözəllik Allah vergisidir. Gərək onların qədrini biləsən. Birinci növbədə səsini qorumalısan”.
Xatırladaq ki, “Qarabağın məşhur müəllimləri” layihəsi çərçivəsində Qarabağda doğulan və vaxtilə pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi müzəffər Azərbaycan Ordusunun qələbə xəbərlərinə sevindiyimiz bu günlərdə Qarabağın məşhur müəllimlərini yad etməkdir.
7 Noyabr 11:04
1 379
2 Noyabr 11:50
2 954
26 Oktyabr 10:44
5 159