“Şuşa dünya azərbaycanlılarının mənəvi paytaxtıdır” Siyasət

“Şuşa dünya azərbaycanlılarının mənəvi paytaxtıdır”

Adil Əliyev: Zəfər Qurultayının Şuşada keçirilməsi buna dəlalət edir”

“Dünya azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi Şuşanın ümummillı birləşdirici məkan və simvol kimi yerinimöhkəmləndirdi”. Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri Milli Məclisin sədr müavini Adil Əliyev deyib. A.Əliyev bildirib ki, dünya azərbaycanlılarının ilk qurultayı ulu öndər, ümummilli lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə 2001-ci ildə siyasi paytaxtımız Bakıda keçirilib: “Zəfər qurultayı kimi tarixə düşən dünya azərbaycanlılarının 5-ci qurultayının Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə Şuşada keçirilməsi və onun həmin tədbirdəki çıxışı göstərdi ki, Şuşa dünya azərbaycanlılarının mənəvi paytaxtıdır. Şuşa Azərbaycan tarixində və azərbaycanlıların qəlbində və düşüncəsində həmişə xüsusi yer tutub.

Ulu öndər deyirdi ki, “Şuşa Azərbaycanın gözüdür”, “Biz o torpaqlara mütləq qayıdacağıq”. Şuşanın düşmən işğalından azadedildiyi gün Prezident İlham Əliyevin fərmanı ilə “Zəfər Günü” elan olundu və həyatımıza Zəfər bayramı kimi daxil oldu. Şuşa azadolunduqdan sonra Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Prezident İlhamƏliyev 2022-ci ili Şuşa ili elan etdi. TÜRKSOY isə Şuşanı 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edib.

Mədəniyyət mənəviyyatla bağlıdır. ŞuşaAzərbaycanın mədəni və mənəvi irsi və rəmzləri ilə zəngin şəhərdir. Bütün bunlar onu deməyə əsas verir ki, Şuşa dünya azərbaycanlılarının mənəvi paytaxtıdır. Zəfər Qurultayının Şuşadakeçirilməsi, bütün dünyada yaşayanazərbaycanlıların Şuşaya toplaşması bunadəlalət edir.

Bu mənada, Prezident, Müzəffər Ali BaşKomandan İlham Əliyevin Zəfər Qurultayında etdiyi çıxış vurğulanmalıdır. İlk növbədə qeydetməliyəm ki, çıxış Prezident İlham Əliyevin Şuşanın və Azərbaycanın son 250 illik tarixininən mühüm məqamlarına, eləcə də işğala aparanproseslərə, işğal dövründə baş verən hadisələrə, 44 günlük Vətən müharibəsinə, müharibədən sonrakı planlara və sülh quruculuğuperspektivlərinə dair həm icmal xarakterli, həm də dəqiq qiymətləndirməyə əsaslanan baxışını əks etdirir. Şuşa azərbaycanlılar üçün böyükmənəvi dəyərə malikdir. İlham Əliyev çıxışında bu məqama toxunaraq qeyd etdi ki, tarixinmüxtəlif dövrlərində Şuşanın erməniləşdirilməsinə yönəldilmiş böyük səylərə, xüsusən də onun keçmiş Dağlıq QarabağMuxtar Vilayətinin tərkibinə qatılmasına, 28 ilişğal altında saxlanmasına baxmayaraq, Şuşamilli ruhunu qoruyub saxladı. Məhz milliruhumuzun daşıyıcısı olduğu üçün mədəniyyət beşiyimiz adlandırılan Şuşa Azərbaycan mənəviyyatında özünəməxsus yer tutanmədəniyyət və mənəviyyat şəhərimizdir. Şuşahəm də Qarabağın rəmzidir və Prezidentinistinad etdiyi kimi, Kürəkçay müqaviləsində Qarabağ xanı “Şuşalı İbrahimxəlil xan” kimiqeyd olunur. Təsadüfi deyildir ki, Şuşa azadolunduqda cəmi bir gün sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Çünki tarix sübut edib ki, Şuşa kimindirsə, Qarabağ da onundur.

Prezident qeyd etdi ki, işğal dövründə Şuşadacəmi 1800 nəfər erməni yaşayıb və onlar dahərbçilərdən və onların ailələrindən ibarət olub. Bu, Şuşanın Azərbaycanlılar üçün mənəvi gücünü göstərir. Çünki Şuşanın hər daşı, hər qayası, hər küçəsi, hər bulağı Azərbaycandan xəbər verir, Azərbaycana məxsusluğunu göstərir. O baxımdan təsadüfi deyildir ki, Şuşadakı bulaqlar işğal dövründə qurudulmuşduvə Şuşa azad olduqdan sonra həmin bulaqlaryenidən bərpa olunur. Çünki azərbaycanlılar Şuşaya – doğma Vətənə qayıdır. Məhz doğmaVətən uğrunda döyüşdükləri üçün Vətən müharibəsində Azərbaycan ordusunda bir nəfər fərarilik etmədi. Halbuki Ermənistanın rəsmi məlumatına görə, onlarda fərarilərin sayı on minnəfərdən çox olmuşdur.

Prezident İlham Əliyev dedi ki, Azərbaycanın torpaqlarının işğal edilməsilə barışacağını və gələcək nəsillərin oranı unudacağını düşünən Ermənistan və havadarları azərbaycanlıların əzmini, Vətən sevgisini nəzərə almamışdılar.

Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, ölkəmizdə və dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıların xəyallarında, arzularında Şuşanı ziyarət etmək istəyi birinciyerdə durur, hər bir azərbaycanlı Şuşanı görməyə, Şuşanı ziyarət etməyə can atır. Bu, tarixən də belə olub. Şuşanın türk dünyasına bəxş etdiyi ən böyük şəxsiyyətlərdən bir olanƏhməd bəy Ağaoğlu 19-cu əsrin sonlarında Parisdə təhsil aldıqdan sonra orada qalıb fəaliyyət göstərmək təklifi alsa da, Şuşayaqayıtmağı, orada məktəbdə dərs deməyi, Şuşadailk kitabxana-qiraətxana açmağı üstün tutub. O, Parisdə Qarabağı xatırlayır, Şuşanın “dar, palçıqlı və qaranlıq küçələrini” anırdı. Ammaonu Parisdən Şuşanın qaranlıq, palçıqlı küçələrinə gətirən Şuşanın mənəvi gücü idi. Bugün isə Şuşanın mənəvi gücünə Azərbaycan əsgərinin qəhrəmanlığı yeni nəfəs, yeni gücqatıb. Ağaoğlu o zaman Şuşaya qayıdan ilkdünya azərbaycanlısı idisə, bu gün dünyaazərbaycanlıları Şuşada Zəfər Qurultayına toplaşır. Şuşa dünya azərbaycanlılarının mənəvi paytaxtina çevrilib”.

Əli