“Dinin heç bir halda siyasətə qarışması normal hal deyil” Siyasət

“Dinin heç bir halda siyasətə qarışması normal hal deyil”

Tural Əliyev: "Din yaşam tərzi və mənəviyyat məsələsdir"

"Azərbaycan sekulyar dövlətdir, bu həm Konstitusiyamızda əks olunub, həm də tarixi gerçəklikdə formalaşıb. Bildiyiniz kimi xalqımızın əksəriyyəti İslam dininə sitayiş edir, lakin islamaqədərki öz adət-ənənəsindən imtina etməyib, minilliklərdi özündə daşıyır. Həmçinin ölkəmiz dünyada tolerant kimi tanınır. Tarixin heç bir dönəmində Azərbaycanda dini zəmində,istər islam daxili məzhəblərarası, istərsə də digər dinlər arasında qarşıdurmalara rast gələ bilmərik. Buna səbəb nədir? Bir çox anologiyalar aparmaqla tam mənzərəni düşünürəm ki, aça bilərik". Bu fikirləri Vətəndaş Hüquqlarının Müdafiəsi Naminə Hüquq Müdafiə Təşkilatının beynəlxalq məsələlər üzrə sədr müavini Tural Əliyev səsləndirib. Onun sözlərinə görə, Azərbaycanın yerləşdiyi coğrafi mövqe, Şərqlə Qərbin kəsişdiyi yolların üzərində mövcudluğu: Şimalla Cənub arasındakı körpü. Biz bunu bir çox səyyahların, ölkəmizə təşrif buyuran dahi insanların əsərlərində, qeydlərində rast gələ bilərik:" Ticarət karvanlarının dəfələrlə buradan təhlükəsiz keçməsi, əksinə qonaqpərvərliklə qarşılanması bir xalqın şüurunda oturuşmuş, nəsildən-nəsilə ötürülmüşdür. Son zamanlar bəzi xoşagəlməz hadisələrlə rastlaşırıq. Ölkəmizdə dini maarifçiliyə böyük ehtiyac var. Düzdür real olaraq heç bir ciddi təhlükə görsənmir. Ancaq bu bizi arxayın etməməlidir. Dini maarfilənməyin yolu dünyəvi elmlərdən keçir. Savadlı insan güclü məntiqə və möhkəm iradəyə malikdir. Radikalizmin yayıldığı coğrafiyaya fikir versək savadsızlığın tüğyat etdiyi yerlərdə rast gəlinir". Onun fikrincə, maariflənməyin yollarından biri zərərli dini ədəbiyyatın ölkəmizə gətirilməsinin qarşısı alınmalıdır: "Bildiyiniz kimi gənclik bütün cəmiyyətlərin lokamatividir. Hər şeyə qarşı emosional yanaşır, oxuduğu hər məqamı həqiqət kimi qəbul edir. Ən böyük təhlükə budur. Düşünürəm ki, orta məktəb ya ayrıca fənn kimi, ya da insan və cəmiyyət dərsliklərində geniş fəsil şəklində bütün dinlərin tarixi və məqsədləri barədə tədris olunmalıdır. Orta məktəbə qədəm qoyan hər kəs sabah cəmiyyətin üzvüdür. Bu tipli məsələlərə biganə yanaşmaq olmaz. Ailə daxilində valideynlərin üzərinə də vəzifələr düşür. Tərbiyə metodları dini maarifçiliyin tərkib hissəsidir. Yuxarıda dediyim ki, hazırda cəmiyyətdə bu cür təhlükələr yoxdur. Dövlət dini münasibətləri tənzimləmək üçün Komitə yaradıb. Ancaq bu təkcə dövlət tənzimlənməsi ilə tamamlanmamalıdır. Cəmiyyət daxilində insitutlar işləməlidir. Vətəndaş cəmiyyəti mexanizmləri daima işlək fəliyyətdə olmalıdır. İstənilən neqativ hadisənin dərhal qarşısın almaq üçün efftektiv tədbirlər həyata keçirilməlidir. Tədbir əks təsirə bərabər olmamalıdır. Bu işdə psixoloqların cəlb olunması vacibdir. Bir insanın maarfilənməsi bütün cəmiyyətin maarfilənməsi qədər çətin və məsuliyyətli işdir. İslahatlar hər bir sahədə və hər bir zaman lazımdır. Dini sahədə islahatlar birinci növbədə bir insanın içindəki mənəvi kamillikdir. Dövətin və dövlətçiliyin qorunub saxlanması üçün bir sıra qanunlar qəbul edilir. Nəyə görə mənəvi zənginlik burda vacibdir? Hər bir vətəndaş bioloji varlıq olduğu qədər də, sosial varlıqdır. Hər iki halda bir çox vəzifələrin daşıyıcısıdır. Din yaşam tərzidir. Bu insanın vicdan azadlığıdır. Bu istəyindən heç bir halda məhrum edilə bilməz. Həmçinin özünün yaşam tərzini başqalarına zor gücü ilə qəbul etdirə bilməz. Bir insanın azadlığı digər insanın azadlığı başladığı yerdə bitir. Hər bir hərəkətin və istəyin bir sərhədi var. Qəbul edilmiş qanunlar insanlar üçün anlayışlı olmağı üçün geniş izahata ehtiyac var. İnsanların mənəviyyat məsələsi həmişə önəm daşıyır. Bəzən cəmiyyətdə yazılmamış qanunlar yazılmış qanunlardan daha üstün sayılır. İslahatların mahiyyəti insanı nədənsə məhrum etmək deyil. Seçim həmişə olmalıdır. Qanunlar həmçinin insanlararası münasibələri tənzimləyir.Dini kataklizmlərin kökündə savadsızlıq dayanır. Bu birmənalıdır. Məsələn Qərb bundan necə xilas oldu? Birinci növbədə dinin dövlət və cəmiyyət üzərindəki təsirini azaltdı və sonradan islahatlar başlandı. Bu gün Şərqin bir çox dövlətləri məhz bundan əziyyət çəkir. Faciə bilirsiz nədir? Bu cür cəmiyyətlərdə bir din xadiminin sözü dövlətin qanunundan üstün sayılır. Bu gün bizim dövlətdə bu cür hadisələrə rast gəlinmir. Ancaq bəzi qüvvələr bunu Azərbaycana gətirmək istəyirlər. Yenə də xilas yolu cəmiyyətin maariflənməyindədir. Dinin heç bir halda siyasətə qarışması normal hal deyil. Din yaşam tərzi və mənəviyyat məsələsdir. O zaman bilirsiz hansı mənzərə yaranır? Bir dinin digər dinlər üzərində hökmranlığı prosesi gedir. Təbii ki, bu hallar yuxarıda qeyd etdiyim ki, dini qarşıdurmalara gətirin çıxardır. Hər bir insan daxilindəki inamı saxlamaq üçün özünü qoruma instinkti yaranır. Dövlət və cəmiyyətin birgə fəaliyyəti inkişafa aparan yoldur. İnanclı insan qorxulu deyil, təhlükə bir insanın özünü cəmiyyət içində yad hiss etməsidir. Bütün faciələr də bundan sonra başlayır. Dövlət və xalqın inkişafı üçün maariflənmək bütün zamanlarda yeganə çıxış yoludur".

Əli