IX Qlobal Bakı Forumun keçirilməsində çox mühüm məqsədlər var"-Turan Rzayev Siyasət

IX Qlobal Bakı Forumun keçirilməsində çox mühüm məqsədlər var"-Turan Rzayev

"Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu öz işə başlayıb.
Azərbaycan 2013-cü ildən keçirilməsinə başlanan Qlobal səviyyəli Bakı Forumuna səkkizinci dəfədir ki, ev sahibliyi edir. Prezident İlham Əliyevin 2011-ci il tarixli sərəncamı əsasında yaradılmış “Nizamiq Gəncəvi Beynəlxalq Mərkəzi” tərəfindən keçirilməsi artıq ənənəvi hal alan bu forumda yenə də dünyaca çox önəmli şəxslər iştirak edir". Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Turan Rzayev deyib. T.Rzayev bildirib ki,
açılışında Azərbaycan Prezidentinin iştirak etdiyi IX Qlobal Bakı Forumun keçirilməsində çox mühüm məqsədlər var: "Beynəlxalq aləm və dünya üçün bu cür qlobal forumların önəmi ona görə yüksəkdir ki, bunuq dövlətin maraqlarını təmsil edən dövlət qurumları deyil, qeyri-hökumət təşkilatları təşkil edir. Digər mühüm amil də həmin forumda daha çox dünya üzrə çox yüksək nüfuza və sözə sahib olan mötəbər şəxslərin iştirak etməsidir. Tədbirin önəmini artırmaq və beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək üçün forumda müzakirə olunan mövzuların daha çox qlobal səviyyədə aktual olan problemlərlə əlaqədar olması da vacib məqamdır. Elə bu səbəbdən də Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi ilə Qlobal Bakı Forumlarını ənənəvi olaraq hər il qeyri-hökümət təşkilatı kimi çox yüksək beynəlxalq nüfuza malik olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi təşkil edir.
Forumda həmişə olduğu kimi bu il də ali və yüksək nüfuzlu simalar, sabiq dövlət və hökumətq başçıları, beynəlxalq təşkilatların rəhbərləri iştirak edir.
Forumda iştirak edənlər arasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin ilə yanaşı, Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliyev, Ukraynanın sabiq birinci xanımı Katerina Yuşşenko, Gürcüstanın Baş nazirinin sabiq müavini Eka Tkeşelaşvili, Gürcüstan Prezidenti Salome Zurabişvili, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus və digər nüfuzlu şəxslər də var.
Ayrı-ayrı panellər şəklində təşkil olunan forumda “Hazırkı dövrdə enerji təhlükısizliyinə təhdidlər”, ”Ukrayna müharibəsi, müqavimət, qaçqınlar və yenidənqurma”, ”Qlobal sağlamlığın təşviqi”, “Cənubi Qafqazda barış, əməkdaşlıq və inteqrasiya”, “Dəyişən Avropa və Qərbi Balkanların təhlükəsizliyi”, “Yaxın Şərq və ərəb dünyasında sülh, sabitlik və inkişaf axtarışları”, “Qloballaşma və artan bərabərsizlik”, “İnsan hüquqları, demokratiya və XXI əsrdə yeni çağırışlar”, “Ərzaq təhlükəsizliyi, dünyada aclıq və yoxsulluqq problemləri”nə dair ciddi müzakirələrin aparılması nəzərdə tutulur. Müzakirə ediləcək mövzular da bir daha göstərir ki, IX Qlobal Bakı Forumunun “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilməsi də təsadüfi deyil. Müzakirə ediləcək mövzular hazırda dünya nizamını təhdid edən başlıca məsələlərdir".
Politoloq əlavə edib ki,
Azərbaycan Prezidenti İlham Əliyevin Forumun açılış mərasimində dolğun çıxışı diqqət çəkir: "Ölkə başçısı bir çox məsələyə toxunsa da hesab edirəm bunlardan üçü diqqət çəkdi:
Birincisi, prezident çıxışı zamanı Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü şübhə altına aldığını və Azərbaycanı da onun ərazi bütövlüyünə qarşı analoji addımlar atmağa vadar etdiyini bildirib. Prezident onu da qeyd edib ki, Ermənistan bizim ərazi bütövlüyümüzü şübhə altına almaqda davam edərsə Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü şübhə altına almaqdan başqa çıxış yolu qalmayacaq.
Ümumiyyətlə prosesə tarixi aspektdən baxdıqda Ermənistanın hazırkı əraziləri tarixi Azərbaycan torpaqlarıdır. Ötən əsrin 20-30-40-cı illər başda olmaqla müxtəlif illərdə Azərbaycan xalqının iradəsi olmadan bu torpaqlar Ermənistana verilib. 1918-ci il Paris sülh konfransında Cənubi Qafqaz ölkələri olan Ermənistan Azərbaycan və Gürcüstanın əraziləri de-fakto tanınıb və həmin dövrə aid dövlət xaritələri də var. Həmin xəritələrdə nə Zəngəzur nə Göyçə Ermənistan ərazisi deyil. Yəni ölkə başçısının dediyi kimi indiki məqamda rəsmi İrəvan Qarabağı Azərbaycanın ərazi bütövlüyü olaraq tanımayacağı təqdirdə rəsmi Bakı da Zəngəzur və Göyçəyə haqq iddia edə bilər.
İkincisi, cənab prezident çıxışı zamanı bir daha “Minsk Qrupu artıq fəaliyyət göstərmir və ya fəaliyyətsizdir. Məncə, ən yaxşı yol Minsk Qrupuna əlvida deməkdir. “Təşəkkürlər və əlvida” yox, sadəcə, "əlvida" deyib. Ümumiyyətlə ölkə başçısı artıq neçənci dəfədir ki, Minsk Qrupunun fəaliyyətsizliyinə diqqət çəkərək bu qurumun faktiki olaraq sıradan çıxmalı olduğunu qeyd edir. Geridə qoyduğumuz 27 illik münaqişə tarixinə baxdıqda Minsk Qrupunun fəaliyətinin de-fakto sıfra bərabər olduğunu görürük. Buna görə də ATƏT-in Minsk Qrupu cənab prezidentin də dediyi kimi təqaüdə getməlidir. Azərbaycan faktiki olaraq 44 günlük müharibə ilə qurumun həll etməli olduğu münaqişəni sonlandırıb. O ki qaldı prezidentin “Təşəkkürlər və əlvida” yox, sadəcə, "əlvida" ifadəsinə hesab edirəm o bununla Minsk Qrupunun təşəkkürə layiq heç bir iş görmədiyi mesajını açıqca verir.
Üçüncüsü, dövlət başçısının çıxışında ən diqqət çəkən məqam şübhəsiz ki, onun Zəngəzur dəhlizi ilə bağlı dedikləri oldu. Prezident Zəngəzur dəhlizinin açılması ilə bağlı bəndlərin yerinə yetirilməsinin regionda sülh və əmin-amanlığın bərqərar olmasının təməl sütunu olduğunu bildirib.
Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə 10 noyabr bəyanatının tərkibinə daxil edilən Zəngəzur dəhlizi regionun inkişafı baxımından həyati əhəmiyyətə malikdir. Cənab prezident artıq neçənci dəfədir bu məsələnin ən qısa zamanda həll edilməli olduğunu vurğulayır. Prinsip etibarilə rəsmi Bakı həm Şərqi Zəngəzurda, həm də Naxçıvanda müvafiq infrastruktur və nəqliyyat əlaqələrini istismara hazır vəziyyətə gətirib. Prosesi uzadan Ermənistan tərəfidir. Lakin bu məsələ Ermənistanın təkbaşına verə biləcəyi qərar deyil. Yəni Zəngəzur dəhlizi Çin, Birləşmiş Krallıq, Rusiya, Türkiyə kimi ölkələrin də marağında olduğu meqalayihədir".

Əli Zülfüqaroğlu