Əraqçi: İran münaqişənin həlli üçün ABŞ ilə ədalətli saziş bağlamağa hazırdır Dünya

Əraqçi: İran münaqişənin həlli üçün ABŞ ilə ədalətli saziş bağlamağa hazırdır

İran hakimiyyəti münaqişənin nizamlanması məsələsində ABŞ ilə "ədalətli saziş" bağlamağa hazırdır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi Pekində çinli həmkarı Van İ ilə görüşündə bildirib.

ISNA agentliyi onun bu sözlərini sitat gətirir: "Biz yalnız ədalətli və hərtərəfli sazişi qəbul edəcəyik". Əraqçi vurğulayıb ki, ABŞ-ın başlatdığı müharibə beynəlxalq hüququn açıq şəkildə pozulması hesab olunur və İran Amerika tərəfi ilə danışıqlarda öz hüquq və mənafelərini qorumaq üçün bütün səylərini əsirgəməyəcək.

İran XİN rəhbəri Pekinin beynəlxalq arenadakı mövqeyini, həmçinin ABŞ və İsrailin hərəkətlərini pisləməsini müsbət qiymətləndirib. Əraqçinin fikrincə, mövcud şəraitdə İslam Respublikası ilə ÇXR arasındakı əməkdaşlıq inkişaf etməyə davam edəcək.

Məryəm Quliyeva