Starmer: Ankara Zirvəsi NATO üçün son dərəcə mühüm əhəmiyyət daşıyır
Yapon ekoloji mədəniyyəti: nədən qaynaqlanır və bizə hansı mesajlar verir?
İyulun 12-də keçiriləcək qəbul imtahanında 37 minə yaxın abituriyent iştirak edəcək
10 yaşlı azərbaycanlı şagird Romada beynəlxalq olimpiadada dünya birincisi olub
6 May 11:18
2 212
Azərbaycanda aqrar emal məhsullarının ixrac daşıma xərclərinin kompensasiyası üzrə yeni mexanizm hazırlanır.
"APA-Eonomics" xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Azər Bayramov Bakıda keçirilən "V Aqrobiznesin İnkişafı Forumu"nda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, nəzərdə tutulan mexanizm aqrar emal məhsullarını uzaq və qeyri-ənənəvi bazarlara çatdırılması rəqabətliliyini təmin edəcək:
“Bu alət ixrac coğrafiyasının şaxələndirilməsinin yalnız siyasi-iqtisadi hədəf deyil, həm də kommersiya baxımından əlverişli olmasına şərait yaradacaq. Azərbaycanın Orta Dəhliz üzərindən tranzit statusu aqrar ixrac loqistika xərclərini azaltmaq üçün real üstünlük yaradır və bu imkandan da biz sistemli şəkildə istifadə etməliyik".