12:58
1 386
İranın atom enerjisindən dinc məqsədlərlə istifadə layihələrini həyata keçirmək üçün qanuni hüququ var.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının xarici işlər naziri Van İ bəyanat verib.
Çin Mərkəzi Televiziyasının məlumatına görə, Van İ Pekində İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşündə vurğulayıb: "Nüvə məsələsinə gəlincə, Çin İranın nüvə silahı hazırlamamaq öhdəliyini yüksək qiymətləndirir. Eyni zamanda hesab edirik ki, İran tərəfi atom enerjisindən dinc məqsədlərlə istifadə etmək üçün qanuni hüquqa malikdir".
Məryəm Quliyeva