KİV: ABŞ və İran ilkin saziş imzalamağa yaxındır Gündəm

KİV: ABŞ və İran ilkin saziş imzalamağa yaxındır

Birləşmiş Ştatlar və İran Fars körfəzi zonasında hərbi əməliyyatları dayandırmaq məqsədi daşıyan ilkin sazişin imzalanması ərəfəsindədir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Al Arabiya" telekanalı Pakistan mənbələrinə istinadən məlumat yayıb.

"Bizim əlimizdə saziş layihəsi var ki, onun əksər bəndləri hər iki tərəf tərəfindən bəyənilib", — deyə telekanal mənbələrin sözlərini sitat gətirir.

"Al Arabiya" qeyd edir ki, tərəflər müharibənin dayandırılması haqqında ilkin sazişin imzalanmasına və bir neçə ay çəkə biləcək danışıqlar prosesinin başlamasına yaxındırlar.

Mənbələrin məlumatına görə, saziş layihəsində gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi tədbirləri, o cümlədən Hörmüz boğazının beynəlxalq naviqasiya üçün açılması, habelə uranın zənginləşdirilməsi və İranın dondurulmuş aktivlərinin qismən blokdan çıxarılması məsələləri öz əksini tapıb. ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff ilə İran rəsmiləri arasında artıq dolayı danışıqların baş tutması tərəflərin əsas şərtləri razılaşdırmağa ciddi hazır olduğunu göstərir.

Məryəm Quliyeva