AMB sədri: "Bank BTB"nin depozit portfelinin böyük hissəsi ABB-yə ötürülüb İqtisadiyyat

AMB sədri: "Bank BTB"nin depozit portfelinin böyük hissəsi ABB-yə ötürülüb

“Bank BTB”nin depozit portfelinin böyük hissəsi artıq ABB-yə ötürülüb.

"APA-Economics" xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.

"Hazırda kredit portfelinin ötürülməsi prosesinə başlanılıb. İyun ayının sonuna kimi bankın aktiv və öhdəliklərinin tam ötürülməsi təmin ediləcək”, - Mərkəzi Bankın sədri əlavə edib.