11:51
518
Azərbaycanda strateji valyuta ehtiyatları mayın 1-nə 3,4 faiz və ya 2,9 mlrd. dollar artaraq 87,9 mlrd. dollara çatıb.
"APA-Economics" xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.
O qeyd edib ki, Azərbaycanın strateji valyuta ehtiyatları 38 aylıq mal və xidmətlərin idxalına imkan verir.
“Strateji valyuta ehtiyatları geniş manat kütləsinin (M2) 3,7 dəfə üstələyir”, - AMB sədri əlavə edib.