“Türkiyə sıradan bir dövlət deyil ki, onunla təhdid dilində danışmaq mümkün olsun” Siyasət

“Türkiyə sıradan bir dövlət deyil ki, onunla təhdid dilində danışmaq mümkün olsun”

Rövşən Rzayev: "Rusiya ilə Türkiyə arasında olan problemli günlər yaxın zamanlarda öz həllini tapacaq"

"Ümumiyyətlə Türkiyə dövlətini heç kim zədələyə bilməz". Bunu millət vəkili Rövşən Rzayev Rusiya prezidenti Vladimir Putinin Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanı atom bombası ilə hədələməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Türkiyə sıradan bir dövlət deyil ki, onunla təhdid dilində danışmaq mümkün olsun: "Düşünürəm ki, Rusiya ilə Türkiyə arasında olan problemli günlər yaxın zamanlarda öz həllini tapacaq".
Deputat ABŞ prezidenti Barak Obama ilə Rusiya Prezidenti Vladimir Putinin nəzərdə tutulan görüşü haqqında da fikilərini bölüşüb: "Təbii ki, hər iki prezident arasında keçiriləcək görüş vacibliyi və əhəmiyyətliliyi ilə yadda qalacaq. Hər iki dövlət marağındadır ki, regionda problemlər öz həllini tapsın. Hesab edirəm ki, o görüşdən sonra bütün problemlər öz həllini tapa bilər. Görüş bizim üçün vacibdir ki, regionda bu cür gərgin vəziyyət olmasın. Düşünürəm ki, böyük dövlətlər həm Rusiya, həm də ABŞ probleminin aradan qaldırılması üçün mütləq qaydada öz mövqelərini bölüşməlidirlər".