“İnsanlar əmək hüquqlarının pozulmasından şikayətlənirlər”-Zahid Oruc Siyasət

“İnsanlar əmək hüquqlarının pozulmasından şikayətlənirlər”-Zahid Oruc

“2022-ci il üzrə Ombudsmanın Məruzəsi 20 illik dövrü əhatə etdiyi üçün müstəqiliyimizin üçdə ikisini qiymətləndiirməyə imkan verir. Xatırladaq ki, Ombudsman İnstitutu ölkəmizdə 2002-ci ildə, Ermənistandan iki il əvvəl, Gürcüstandan isə altı il sonra yaradılıb”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin insan hüquqları komitəsinin sədri Zahid Oruc deyib. Z.Oruc bildirib ki, faktiki fəaliyyətinə 2003-cü ildən-prezident İlham Əliyevin ali siyasi rəhbərliyə gəldiyi dövrdən başlayıb: “Ona görə də 20 illik Məruzə dövlət-vətəndaş münasibətlərində keçilən çətin və şərəfli yolu, 20 faizlik ərazi işğalını aradan qaldıran xalqın Qələbə haqqını obyektiv dəyərləndirməyə fürsət yaradır. Milli Məclis bütün fəaliyyəti dövründə Müvəkkil instituna yaxından kömək göstərib, onun formalaşmasında müstəsna rol oynayıb. Ona görə də 20 yaşlı Ombudsmanı dövlət və vətəndaş münasibətlərində etibarlı körpü saymaq olar. Müstəqilliyimizin 11 ilindən sonra, yəni, bir qədər gec yaranmasına baxmayaraq, idarəetmə sistemindəki köklü islahatlarda Müvəkkilin mühüm xidmətləri var. Bu mənada İllik məruzələr alternativsiz vasitədir, səlahiyyətlərini necə reallaşdırmasının meyarıdır, qanunla müəyyən edilən formasıdır, insan hüquqları və azadlıqları sahəsində barometrdir.
Məruzə Konstitusiyanın 3-cü fəslində əks olunan və 5 qrup-mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquq və azadlqıları əhatə edir. Xüsusi vurğulayaq ki, 2022-ci il dünya və yerləşdiyimiz region insan hüquqları ölçüsü daşıyan qlobal toqquşmaların təsirinə məruz qalıb. Postpandemiya dövrü başlasa da Rusiya-Ukrayna müharibəsi təhlükəsizliyə, millətlərin və hər bir fərdin fundamental haqlarına zərbə vurmaqda davam edir”.

Əli