“Azərbaycan qanunları çərçivəsində yaşamaqdan başqa heç bir alternativləri yoxdur”-millət vəkili Siyasət

“Azərbaycan qanunları çərçivəsində yaşamaqdan başqa heç bir alternativləri yoxdur”-millət vəkili

“Qarabağdakı haylar vətəndaşlığımızı qəbul edib, reinteqrasiya olunb, təhlükəsiz və azad yaşaya bilərlər”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib. O, əlavə edib ki, reinteqrasiyadan imtina edirlərsə, bunda da sərbəstdirlər: “Onlara yalvarmayacağıq. Eyni zamanda kimin nə plan qurmasından asılı olmayaraq, ötən il dekabrın 12-də və bu il martın 25-dəki kimi lazım gələndə yumşaq, ehtiyac duyulanda ağıllı güc tətbiq etməklə torpaqlarımızın hər qarışı üzərində suverenliyimizi və subyektliyimizi göstərəcəyik.
Yəni bütün dünya bir daha görür ki, biz reinteqrasiya tərəfdarı kimi çıxış edib-etməmələrindən asılıq olmayaraq Qarabağdakı hər hansı hayın burnunun belə qanamasını istəmirik. Amma onlar da anlamalıdırlar ki, Azərbaycan qanunları çərçivəsində yaşamaqdan başqa heç bir alternativləri yoxdur. Alternativlər ancaq bizim sərhədlərimizdən kənarda ola bilər.
Ermənistana gəldikdə, oradakılarla da nə qədər mümkündürsə, bir o qədər tez sülh anlaşmasının imzalanmasında, beynəlxalq normalara dayanan normal əlaqələrin qurulmasında maraqlıyıq. İstəmirlərsə, yenə də özləri bilərlər, istəməsinlər. Azərbaycan Prezidenti cənab İlham Əliyevin təbirincə desək, biz bütün ssenarilərə hazırıq”.

Əli