

Avropa ölkələri ABŞ-dan yeni anti-Rusiya sanksiyaları tətbiq etməyi xahiş etməzdən əvvəl Ukrayna üzrə mayın 15-də İstanbulda keçirilməsi planlaşdırılan danışıqlara qədər gözləmək qərarına gəliblər.
Bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb.
Onların sözlərinə görə, mayın 12-də ABŞ Moskvaya təzyiqlərin artırılması məsələsini müzakirə etmək üçün Rusiya və Ukraynaya Ankarada birbaşa danışıqlara icazə vermək niyyəti barədə Avropa rəsmilərini xəbərdar edib.
Agentlik xəbər verir ki, Avropa liderləri “Putin Zelenski ilə görüşdən imtina edərsə və ya Rusiya dərhal və qeyd-şərtsiz atəşkəslə razılaşmasa, ABŞ prezidenti Donald Trampı məhdudlaşdırıcı tədbirlər görməyə bir daha çağırmaq istəyirlər.
Lakin onun məlumatına görə, ABŞ administrasiyası anti-Rusiya sanksiyaları məsələsi ilə bağlı hələlik yekun qərar verməyib. Bloomberg-in qeyd etdiyi kimi, Dövlət Departamenti hələlik ona şərh verməyib.
Cavid