“Bakının dialoq təklifinə razı olmalıdırlar” Siyasət

“Bakının dialoq təklifinə razı olmalıdırlar”

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə növbəti dəfə Bakıya dəvət edib.
Politoloq Turan Rzayev xalqcəbhəsi.az-a açıqlamasında bildirib ki, Rəsmi Bakı bununla bir daha reinteqrasiya prosesində maraqlı olduğunu, erməni icması ilə mövcud problemlərin həlli üçün danışıqlara hazır olduğunu göstərir: “Azərbaycan tərəfi görüşün Bakıda keçirilməsində israrlıdır. Prinsip etibarilə martın 1-də Xocalı şəhərində keçirilmiş görüş ilə Bakı ilk konstuktiv addımı atdı. Bu addıma cavab kimi erməni icması da Bakıdakı görüşü qəbul etməlidir. Prinsip etibarilə Bakı illərdir erməni tərəfinin “rəsmi Bakı bizimlə birbaşa dialoq aparsın” istəyini gerçəkləşdirir. Yəni məntiqlə Bakının dialoq təklifinə razı olmalıdırlar”.

Əli