

2 Oktyabr 20:07
2 Oktyabr 20:06
Türkiyədə keçirilən prezident seçkilərinin birinci turunda Azərbaycanda yaşayan vətəndaşlarımızın 70 faizdən çoxu səsvermə hüququndan istifadə edib.
APA xəbər verir ki, bunu Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop deyib.
Baş konsulun sözlərinə görə, seçicilərin əksəriyyəti Bakı şəhərində səs veriblər. Gəncə şəhəri üzrə isə birinci tur üzrə ümumilikdə 1394 nəfər səsvermədə iştirak edib.
Receb Öztop üç gün ərzində keçiriləcək ikinci tur seçkilərində də vətəndaşların aktiv iştirak edəcəyini bildirib: “Azərbaycanda ümumilikdə 11 min vətəndaşımız səsvermə hüququna sahibdir. İkinci tur seçkilər üç gün müddətində baş tutacaq. Vətəndaşlarımız səhər 08:00-dan axşam 22:00-a kimi rahatlıqla seçim edə bilərlər”.