İsrail Prezidenti Azərbaycana səfərə yola düşüb Siyasət

İsrail Prezidenti Azərbaycana səfərə yola düşüb

İsrail prezidenti İsxak Hersoq Azərbaycana səfərə yola düşüb.

Trend xəbər verir ki, bu barədə İ.Hersoq özünün "Twitter" səhifəsində yazıb.

"Azərbaycan önəmli ölkədir və əminəm ki, mənim səfərim əməkdaşlığın dərinləşməsi üçün qapılar açacaq. Biz ümumi yeni imkanları, eləcə də çağırışları bölüşürük", - deyə o bildirib.