“Məhkəmə-Hüquq Şurasının üzvləri hakimlərdən ibarət olmalıdır” Siyasət

“Məhkəmə-Hüquq Şurasının üzvləri hakimlərdən ibarət olmalıdır”

Qüdrət Həsənquliyev: “Hakimlərin konfransının təşkili forması da uğurlu deyil”

“Həqiqətən də bu dəyişiklik çox mütərəqqidir. Hesab edirəm ki, hakimlərin müstəqilliyinə öz töhfəsini verəcək. Yəni hakimiyyətin bir qanadının nümayəndəsinin digər hakimiyyət qanadının, xüsusilə də hakimlərin özünüidarə orqanının başında dayanması suallar doğururdu. Çox şadam ki, bu problem aradan qaldırılır”.
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəsi zamanı deyib. Millət vəkili “mən qeyd elədim ki, Məhkəmə Hüquq Şurası əslində hakimlərin və məhkəmələrin özünüidarə orqanıdır”,- deyə əlavə edib: “Ona görə də əvvəlki fikrimdə yenə də qalıram ki, Məhkəmə-Hüquq Şurasının üzvləri yalnız hakimlərdən ibarət tərkibdə formalaşdırılmalıdır. Qanunda nəzərdə tutlan digər şəxslər var ki – Milli Məclisin, Vəkillər Kollegiyası, müvafiq icra hakimiyyətinin nümayəndəsi və.s onların hamısı məşvərətçi səs hüquqlu statusla şuranın üzvü ola bilərlər. Vaxtilə də Ali Məhkəmənin plenumuna Daxili işlər naziri, Ədliyyə naziri və başqa vəzifəli şəxslər dəvət olunurdu, çıxışlar edir fikirlərini bildirirdilər. Amma plenum özü müstəqil qərar qəbul edirdi. İndi də düşünürəm ki, o praktikadan istifadə olunmalıdır. Məşvərətçi səs hüquqlu üzvlük məsələsi bizdə artıq var. Bilirsiniz ki, Mərkəzi Seçki Komissiyasından tutmuş digər seçki komissiyalarında o statusda şəxslər var. O cümlədən hakimlərin seçki komitəsinin də üzvləri yalnız hakimlərdən ibarət formalaşmalıdır. Mən, hətta komitə iclasında təklif etdim ki, Məhkəmə-Hüquq Şurasının üzvlərinin sayı da indiki vəziyyədə 15-dən 11-ə endirilsin. Əlbəttə orada fərqli fikirlər söylənildi ki, Avropada çox ölkələrdə üzvlərin sayı 15 nəfərdir”. Millət vəkili əlavə edib ki, Avropada hakimlərin sayı hər 100 min nəfər görə, bizimlə müqayisədə 3 dəfə çoxdur: “Ona görə də onlarda o say çox ola bilər. Mən hesab edirəm ki, 11 nəfər yetərlidir. Hakimlərin seçki komitəsi də 3 nəfərdən ibarət təşkil oluna bilər. Ora əlbəttə, qeyd elədiyim kimi digər dövlət qurumlarının nümayəndləri də ya məşvərətçi səs hüquqlu üzvlə, yaxud müşahidəçi kimi dəvət oluna bilər. O cümlədən də hesab edirəm ki, məhkəmə hüquq şurasının iclaslarına müzakirə olunan məsələlərlə bağlı həmin sahə üzrə mütəxəssis-ekspert alimin dəvət olunması daha faydalı olar, nəinki tutaq ki, elmlər akademiyasından bir nəfər təyin olunsa. Hüququn sahələri o qədər müxtəlifdir ki, o qədər sahələr, yarımsahəklər, institutlar var ki, yəni bir sahəni bilən digər sahəni bilməyə bilər. Ona görə də sahələr üzrə ekspert-alimin dəvət olunması daha məqsədəuyğundur. Məsələn ora bir ekologiya üzrə alim təyin olunursa, o gəlib çox da faydalı olmaz, nəinki dediyim kimi müzakirə olunan məsələ ilə bağlı müxtəlif sahələr üzrə alimlərin olması. Yaxud hüquq ictimaiyyəti çox genişdir. Orada hüquq ictimaiyyətinə pensiyada olan alimlər, universitetlərin müəllimləri, aspirantlar, hüquq mühafizə orqanlarının əməkdaşları də daxildir. Ümumuiyyətlə hüquqşunaların hamısı hüquq ictimaiyyətinin nümayəndəsi sayılır. Yəni orada bunların arasından bir nəfər nümayəndə necə seçiləcək?”. Millət vəkili deyib ki, bu baxımdan dəyişikliklər çox mütərəqqidir: “Hər bir halda mən buna səs verəcəyəm: “Amma mənim təkliflərim üzərində düşünülsə hesab edirəm ki, daha məqsədəuyğun olar. Bir də hakimlərin konfransının təşkili forması da hesab edirəm ki, uğurlu deyil. Ali Məhkəmə öz iclasında-söhbət 37 hakimdən gedir-öz nümayəndələrini seçə bilər. Appellyasiya Məhkəmələri ya ümumi yığıncaqda, yaxud konfransda öz nümayəndələrini, birinci instansiya məhkəmələri də öz üzvlərini seçə bilər. Ümumiyyətlə hesab edirəm ki, Konstitusiya Məhkəməsinin də nümayəndəsi və digərləri də məşvərətçi səs hüquqlu statusla Məhkəmə Hüquq Şurasının iclasında iştirak edə bilər. Sonda onu söyləmək istəyirəm ki, qanun qəbul olunanda Normativ hüquqi aktlar haqqında konstitusiya qanununda da qeyd olunub ki, qanunun adı qanunun mahiyyətinə uyğun gəlməlidir. Bu Məhkəmə Hüquq Şurası adlanır. Burada hüquq özündə nəyi ehtiva edir? Bu ya Məhkəmə Şurası, yaxud hakimlərin özünüidarəetmə şurası olmaldır. Yəni burada hüquq-məhkəmə hüquq şurası”.

Əli