“İrəvan rəsmiləri geri çəkilib” Siyasət

“İrəvan rəsmiləri geri çəkilib”

“Britaniyanın humanitar təşkilatı Halo Trust 2000-ci ildən bu yana Qarabağda mina əleyhinə fəaliyyət aparıb. Dövlətimiz həmin ərazilərdə kənar dövlətlərə və kampaniyalara qarşı çıxdığı halda son 20 ildə minaların təmizlənməsinə xeyirxah missiya kimi etiraz etməyib. Nəticədə Halo Trust 2000 dən artıq tank, 9000–dən çox piyada əleyhinə minanı hələ işğal dövründıə məhv edərək 4.8 milyon kvadrat metr ərazini təhlükəsiz vəziyyətə gətirib.100 dən çox işçi heyətlə aparılan təmizləmə prosesi 5 rayonumuzu əhatə edib”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında deputat Zahid Oruc deyib. Z.Oruc bildirib ki, lakin iki il əvvəl Ermənistanın hökumət təmsilçiləri on minlərə ermənin həyatını xilas edən Britaniya təşkilatını minalı ərazilərin xəritələrini, eləcə də müxtəlif xarakterli hərbi və təhlükəsizlik informasiyalarını Türkiyə və Azərbaycanın məxfi xidmət orqanlarına verməkdə günahlandırıb: “Sən demə, həmin kəşfiyyat sənədlərinin əldə edilməsi hesabına ordumuzun tank və topları, hava hücumundan müdafiə sistemləri düşmənə dəqiq zərbələr vurub, silahlı qüvvələrimiz güvənli yollardan keçərək Qələbəyə nail olublar.Təsəvvür edirsinizmi, işçilərinin az qala yarısını yerli ermənilər təşkil edən bir qurumu müharibəki məğlubiyyətə və “hamı günahkardır” ittihamına qurban vermək, özlərini məsuliyyətdən kənarda saxlamaq üçün istənilən böhtana hazırdılar. Təbii ki, təşkilat ittihamları rədd edib və sonda İrəvan rəsmiləri geri çəkilib, əməkdaşlığa davam ediblər”.