
Papa XIV Leo dünyada sülh çağırışı edib
8 May 23:21
Azər Qasımov: “Terrorçu birləşmələr əməllərinin cəzasız qalacağına arxayın idilər”
Qarabağ ərazisində fəaliyyət göstərən mütəşəkkil və strukturlaşmış terrorçu təşkilatın fəaliyyəti nəticəsində Xocavənd rayonunda inşa edilən tunelin içinə yerləşdirilmiş mina səbəbindən baş vermiş partlayış-terror hadisəsi və bu terror aktının nəticəsində şəhid olmuş, eyni zamanda, həmin gün baş vermiş eyni xarakterli digər terror aktları nəticəsində yol çəkilişində çalışan bir neçə insanın həlak olması artıq antiterror əməliyyatlarının aparılmasını labüd edirdi.
Bunu “Xalq Cəbhəsi”nə politoloq Azər Qasımov deyib.
Xatırtladaq ki, sentyabran 19-da ermənilərin Xocavənddə törətdiyi terror aktı, yeni inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus və sözügedən yolda çalışan “Howo” markalı yük maşının tank əleyhinə minaya düşməsi, Azərbaycanın Qarabağ bölgəsində cinayətkar birlik halında qanunsuz yaradılmış Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Şuşa şəhərinə iri çaplı silahlardan, o cümlədən minaatanlardan atəşə tutması nəticəsində 11 vətəndaşımız həyatını itirib.
Politoloq bildirib ki, separatçılara aid terror qruplarının bu aktları törətməsi faktı həmin terrorçu təşkilatın təhlükəli olmasından və hazırlıq dərəcəsinin professional olmasından xəbər verirdi. Gəlinən nəticə odur ki, bu qruplar öncədən kəşfiyyat işi aparmış, əraziləri müşahidə etmiş, Azərbaycan vətəndaşlarının fəaliyyət ərazilərini müəyyən etmiş, sonra fəaliyyətə keçmişlər və bu qanlı terror aktlarını törətmişlər: “Azərbaycan dövləti xeyli vaxtdır ki, bu təşkilatın terror qruplaşması olduğunu bütün beynəlxalq ictimaiyyətə bəyan edirdi. Bu, onların ilk terror aktları deyildi. Dəfələrlə bu terror aktlarını nəticəsində onlarla insan həlak olmuşdu, ümumiyyətlə, ərazidə öncədən və sonra basdırılan minaların partlaması nəticəsində müharibədən sonra yüzlərlə insan həlak və əlil olmuşdur. Son gərginliklər fonunda belə bir terror aktlarının törədilməsi Azərbaycan dövlətinə qarşı çağırış idi. Bu, Azərbaycan dövlətinin gücünün bir daha sınanılmasına cəhd, onun səbrinin zorlanması idi. Görünən o idi ki, terrorçu birləşmələr əməllərinin cəzasız qalacağına arxayın idilər. Bu günə kimi Azərbaycan dövlətinin danışıq təkliflərini doğru analiz etməmiş, bunu zəiflik kimi dəyərləndirmişdilər. Rus sülhməramlılarına arxayınçılıq onları yanlış düşünməyə sövq etmişdi. Sülhməramlıların arxasında gizlənib silah-sursat daşımağı toxunulmazlıq kimi qəbul etmişdilər. Amma Azərbaycan dövləti bu terror hadisələrindən sonra fəaliyyətsiz dayana bilməzdi ki, belə də oldu. Nəhayət ki, Azərbaycan ordusu Qarabağın terrorçular məskunlaşan ərazilərindəki qruplara qarşı antiterror əməliyyatına başladığını elan etdi və əməliyyatların son terrorçu təslim olana və ya məhv ediləcəyinə dair çağırışlar səsləndirildi. Erməni separatçılarının "müstəqillik", "miatsum" sevdalarının son akkordları çalınmaq üzrədir. Azərbaycan ordusu terrorçuların hava hücumundan müdafiə sistemləri, komanda idarə sistemləri, elektronik hərbi sistemləri, atəş dəstək vasitələri və topçu birlikləri, manevra ünsürləri, zirehli hərəkət texnikalarını məhv edərək onları yararsız hala salır”.
Antiterror hərəkatı keçirməyə Azərbaycan məcbur buraxıldı. Məsələ ondadır ki, hələ 2020ci il "10 noyabr bəyannamƏsi" imzalananda erməni hərbi birləşmələri qanunsuz elan edilmiş və dərhal Qarabağ ərazisindən çıxarılması qeyd edilmişdi. Amma həmin müddətdən 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq bu şərtə əməl ediımədi. Azərbaycan tərəfi dəfələrlə bunu tələb etsə də, bu, göz ardı edildi. Əksinə həmin hərbi birliklərin gücləndirilməsi üçün tədbirlər görüldü. Əraziyə silah-sursat, canlı qüvvə daşındı, yeni müdafiə qurğuları inşa edildi və təkmilləşdirildi. Bu isə artıq Azərbaycan dövlətinə qarşı meydan oxumaq, çağırış idi: “Və nəhayət, Xocavənddə erməni diversiya-təxribat qrupunun terroru nəticəsində polislərimizin şəhid olması anti-terror əməliyyatını qaçılmaz etdi. 44 günlük müharibədən sonra bütün şərtlər ərazimizdə separatizmin ləğv edilməsi, silahlı dəstələrin neytrallaşdırılması üçün heç olmadığı qədər uyğun durumda idi ki, Azərbaycan dövləti də bundan istifadə edir.
Maraqlı məsələ odur ki, Azərbaycan 2020-ci ildə öz ərazilərini işğaldan azad etmək üçün sonradan 44 gün davam edəcək müharibəyə başlayanda bir çoxları belə qənaətə gəlirdi ki, Azərbaycan həmin dövrdə beynəlxalq arenada mövcud olan boşluqdan istifadə edib hərəkətə keçdi. Həmin dövrdə Amerikada Donald Tramp prezident kimi seçkilərə başı qarışmışdı və əslində onu ciddi siyasi fiqur kimi hesaba alan az insan var idi. Böyük Britaniya Azərbaycanın yanında idi. Fransada Prezidenti Makronun siyasi çəkisi Fransanın prosesə təsir gücü ilə tərs mütənasib idi. Rusiya Türkiyənin müharibəyə qatılacağı çəkincəsi ilə neytral görüntü yaradırdı və sairə, amma bura həmin dövrdə dünyada tüğyan edən "Covid-19" pandemiyasının da yaratdığı durumu əlavə etmək mütləq idi. Onda belə sual yaranır ki, bəs indi beynəlxalq durum hal-hazırda keçirilən "antiterror əməliyyatı" adı altında faktiki olaraq, Azərbaycanın 44günlük müharibədən sonra yarımçıq qalmış işini tamamlamaq üçün müsaitdirmi? “
A.Qasımovun fikirncə, Amerikanın başında türk dözümsüzlüyü ilə fərqlənən C.Bayden vardır. Fransa Prezidenti Fransua Makronun durumunda şəxsiyyətinə görə əvvəlki duruma görə fərq olmasa da, ritorikasında daha açıq, fəaliyyətində isə Azərbaycan əleyhinə daha kəskin addımlar müşahidə edilir. Rusiya isə bu dəfə həm Ukraynada düşdüyü durumla əlaqəli Türkiyə və Azərbaycandan asılılıq səbəbindən neytral durumunu saxlamaqla yanaşı, eyni zamanda, ritorikası və fəaliyyəti tam neytral mövqeyə uyğun hal alıb, çünki keçən dəfə neytral olduğunu bildirsə də, Ermənistana sona kimi hərbi texnika və "Vaqner" qruplaşması və ixtisaslaşmış hərbçiıər ilə əsgər dəstəyi vermişdi. Amma indi bu imkanları sözün əsl mənasında məlum hadisələrə görə həm yoxdur, həm də Azərbaycanın bu addımı onun işinə yarayır. Ermənistanın açıq şəkildə Qərbyönlü siyasətə keçməsi Rusiyanı çıxılmaz vəziyyətə salıb. Ermənistan daxilində Rusiyanın tərəfdaşlarının elektoratının azalması, onların hakimiyyətə təzyiq gücünün yetərli olmaması Paşinyan hakimiyyətinin manevr imkanlarını artırıb ki, bu da Paşinyanın tamamilə Rusiyadan uzaqlaşmaq siyasətini gücləndirib. Təbii ki, bir yerə qədər: “İndi bu siyasi mühitdə Azərbaycanın heç nəyə baxmadan yenidən öz ərazi bütövlüyünün yerdə qalan hissəsini, amma ən əhəmiyyətli hissəsini də azad etməyə başlaması onu göstərir ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi prosesi heç bir beynəlxalq durumla əlaqəli deyildir. Bu siyasət Azərbaycanın on illərdir ardıcıl və düşünülmüş hərbi-siyasi hazırlığının nəticəsidir. Azərbaycan hər bir siyasi konfiqurasiyada öz ərazi bütövlüyünü bərpa edəcək konsepsiya hazırlayıb və onu həyata keçirmək üçün siyasi iradəyə sahib olub. Bu siyasi iradə heç bir kənar qüvvənin və ya gücün ona müdaxiləsinə yer buraxmadan öz gücünə və müttəfiqləri olan ölkələrin dəstəyinə arxalanıb, söykənib. Türkiyə kimi NATO-nun ən güclü ordusuna sahib olan qardaş ölkəsi ilə birlik olub, İsrail kimi dünyanın ən inkişaf etmiş silah sənayesinə sahib olan müttəfiq ölkəsi ilə də qardaşlıq münasibətləri qurub. Pakistan kimi nüvə dövləti ilə qardaşlıq əlaqələrini bərpa edib. Rusiya kimi dünyanın nüvə dövləti olmaqla yanaşı, öz şovinist və imperiya fəaliyyəti ilə adı işğalçı dövlətə çıxmış bir dövləti neytrallaşdırıb. Bir sözlə, Azərbaycan nə üç il əvvəl, nə də indi beynəlxalq arenada mövcud olan beynəlxalq güclər hesab edilən dövlətlər qarşısında özünü əzdirməyib və bu fəaliyyətini də davam etdirir”.
Politoloq onu da əlavə edib ki, Qarabağ iqtisadi zonası adlanan və Azərbaycan ərazisi olan bu ərazidə erməni separatizminin kökünün kəsilməsi üçün başlanan antiterror əməliyyatı regionun stabilliyi və inkişafı üçün yaxşı perspektivlər açması baxımından önəmli rol oynaya bilər. Amma bu, bir sıra amillərdən asılı olacaq. İlk öncə onu qeyd etmək lazımdır ki, Azərbaycan özünü bu addımla bütün təhlükələrdən qoruya biləcək. Güclü ordu, güclü iqtisadiyyat, güclü idarəçilik və rəhbərlik bu amili təmin edəcək: “Məsələ ondadır ki, Ermənistanın Qərbə meyl etməsi, hansıki bu, Ermənistan rəhbərliyinin oyunu olma ehtimalı ilə müşayət oluna bilər, regionda gərginlik ocağının Azərbaycanın ərazi bütövlüyü problemlərini həll etməsi səbəbindən Ermənistan ərazisinə keçə bilər ki, bu da təbii prosesdir. Ermənistanın rəhbərliyinin Qərbə meyllənməsi Ukrayna, Suriya variantlarını seçim kimi erməni toplumunun qarşısına çıxarır. İndi erməni toplumu seçim etməlidir ki, pislərdən hansı pisi seçəcək. Erməni toplumu əqrəb kimi canlılardan təşkil edilib. Onlar sancmağa başqa canlı qalmayanda, çünki hamı onların xislətinə bəlli olduqları üçün öz tədbirlərini alıb, onda özləri-özlərini sancmağa başlayırlar. Çünki onların canındakı zəhər onları daxildən parçalayır. Bu da onları bir-birilərini məhv etməyə vadar edəcək”.
Ermənistanın Qərbə getmək istəyi erməniləri bir yerdə tutan ideologiyalarını da məhv edəcək. Qonşu ölkələrə ərazi iddiaları, "soyqırım" yalanları üzərindən oynanılan oyunlar sonda öz başlarında parlayacaq ki, artıq Azərbaycan antiterror əməliyyatı ilə bunun əsasını qoydu və proses pik nöqtəsinə çatmaq üzrədir. Azərbaycan dövləti Ermənistan toplumunun xilası üçün onları onlardan çox fikirləşdi. "3+3 formatı" təklif etməklə həm ətraf ölkələri, həm də, xüsusi ilə, Ermənistanı düşəcəyi bataqlıqdan qurtarmağa cəhd etdi, amma Ermənistanda mövcud olan gəlmə toplum bunu doğru başa düşmədi və Azərbaycanın xoş niyyətinə oyunlar oynamaqla cavab verdi. Nəticəsi də göz önündədir. Azərbaycan son və qəti addımını atdı. Ərazisindəki boz zona olan torpaqları da terrorçuların qalıqlarından təmizləmək əməliyyatına başladı. Nəticənin uğurlu olacağına kimsədə zlrrə qədər şübhə yoxdur. Erməni separatçı terrorçuların hansısa nəticə əldə etmək şansları sıfıra bərabərdir. Onlar üçün ən uğurlu nəticə təslim olub, sağ qalmaq olacaq. Azərbaycan da əməliyyatların gedişi boyu bunu onlara məlumat şəklində çatdırır. Azərbaycan dövləti sivil insanlarla vuruşmadığını bildirməklə yanaşı, həm sivil insanların təhlükəsizliyinə diqqətlə yanaşır, onların hərbi əməliyyatlar ərazisindən kənar durmaları, yaradılmış bir neçə humanitar dəhlizlərdən istifadə etmələrini müxtəlif vasitələrlə onlara çatdırır. Əməliyyat zonasında olan sivil görünüşlü hərbçilərə belə atəş etmir ki, yanlışlıq olmasın: “Erməni tərəfinin yalan propaqandası yenə də öz işindədir. Uşaqları, qadınları buna alət edirlər. Amma yaratmaq istədikləri "blokada" görüntüsü ilə heç nəyə nail olmayan bu toplum təbii ki, indi də heç bir informasiya qələbəsinə nail ola bilməyəcəklər. İndi 1988-ci il deyil ki, "Sumqayıt hadisələri" zamanı əvvəlcədən planlaşdırılmış və "Krunk" fonduna vəsait verməkdən imtina etmiş erməniləri öldürüb, videolarını hadisədən bir neçə saat keçmədən Fransadan, Amerikadan beynəlxalq ictimaiyyəti aldatmaq üçün istifadə etsinlər. Azərbaycan bu dəfə hər şeyi fikirləşib və erməni oyunlarına yer buraxmayacaq şəkildə öz fəaliyyətini qurub. Azərbaycanın haqlı davası uğurla yekunlaşır. Bu yolda əməyi keçən qəhrəman əsgər və zabitlərimizə, dövlət rəhbərliyinə, dəstək olan Türkiyə başda olmaqla bütün dost və qardaş dövlətlərə əməklərinə görə Azərbaycan Xalqı adından minnətdarlığımızı bildiririk”.
Cavid