Azərbaycan Asiya Parlament Assambleyasına sədrliyə namizədliyini irəli sürüb Siyasət

Azərbaycan Asiya Parlament Assambleyasına sədrliyə namizədliyini irəli sürüb

Azərbaycan 2024-2026-ci illər üçün Asiya Parlament Assambleyasına sədrliyə namizədliyini irəli sürüb.

Trend-in məlumatına görə, bu barədə Asiya Parlament Assambleyası Sosial və mədəni məsələlər üzrə daimi komitənin baş katibi Muhammed Reza Məcidi komitənin Bakıda keçirilən iclasında bildirib.

O qeyd edib ki, Azərbaycanın namizədliyinə dəstək verəcək.

Qeyd edək ki, Bakıda Asiya Parlament Assambleyası (APA) Sosial və mədəni məsələlər üzrə daimi komitənin iclası keçirilir.