
Papa XIV Leo dünyada sülh çağırışı edib
8 May 23:21
Azərbaycan dövləti və ordusu tarixin 200 illik gedişatını dəyişdi. Torpaq itirən ölkədən torpaqlarını geri alan ölkəyə çevrildik. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və bunun haqlı qürurunu yaşayır. Qarabağ ərazisindəki separat-terrorçu dəstələrin müqavimətini 24 saat ərzində qıran Azərbaycan ordusu yeni dastan yazmaqla Azərbaycan dövlətinin adını dünya dövlətləri arasında layiqli və qürurlu dövlət statusunda təsdiq etdi.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Azər Qasımov deyib.
Onun sözlərinə görə, terrorçu birləşmələr törətdikləri cinayətlərin cəzasını artıqlaması ilə almaqla yanaşı, Azərbaycan torpaqlarından rədd olub gedəcəklərinə dair söz verdilər və bu proses başlandı:
"Azərbaycan dövləti Qarabağ ərazisində məskunlaşmış erməni əhalini erməni terrorçularının əlindən də xilas etdi. Onlara daha sakit həyat yaşamaları üçün təkliflər verdi. Qarabağ ərazisində məskunlaşmış erməni əhalini təbii ki, Azərbaycan orda yaşamağa dəvət etməmişdi. Amma Azərbaycan dövləti humanistlik göstərərək bizim ərazidə yaşamaq istəyən ermənilərə bu şəraiti yaradacaq. Təbii ki, şərtlər daxilində. Erməni
əhali öz seçimini özü edəcək. Azərbaycan qanunlarına uyğun yaşayacaq, yoxsa çıxıb başqa yerə gedəcək".
Cavid