
Papa XIV Leo dünyada sülh çağırışı edib
8 May 23:21
Azərbaycan dövlət olaraq öz gücünün möhtəşəmliyini həm hərbi, həm də siyasi arenada göstərdi. Hərbi addımlarını siyasi gedişlərlə tamamlayan Azərbaycan dövləti öz qələbəsində kimsənin şübhəsinə yer buraxmadı. Bu, qəti və inamlı qələbə oldu.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Azər Qasımov deyib.
Politoloq deyib ki, bu qətiyyət Azərbaycan Prezidentinin çıxış və addımlarında özünü hər zaman biruzə verdiyi üçün Azərbaycan ordusu da keçirdiyi antiterror əməliyyatına ruh yüksəkliyi və qələbəyə inamla getdi. Bu inam qələbəni 24 saatda labüd etdi:
"Beynəlxalq arenada Azərbaycanın keçirdiyi antiterror əməliyyatına heç bir qüvvə mane ola bilmədi və ola bilməzdi də. Buna cəhdlər olsa da, Azərbaycan dövləti addımlarından əmin idi və öz qətiyyətini bu qüvvələrin qarşısına qoydu.
Əməliyyatın qısa müddətdə nəticəyə çatması kənar qüvvələrin planlarını həyata keçirməyə mane oldu. Onlar fakt qarşısında qaldılar. Artıq hər şey bitdi və bundan sonra Azərbaycanın tələblərini yerinə yetirməkdən başqa onlara yol qalmadı. Hesab edirəm ki, Azərbaycan dövləti öz ərazi bütövlüyünü və süverenliyini tam bərpa etdi. Bunda kimsənin şübhəsi olmasın".
Cavid