
Papa XIV Leo dünyada sülh çağırışı edib
8 May 23:21
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun doğma torpaqlarımızı işğaldan azad etməsi uğrunda mübarizəsi vətənpərvərlik, qətiyyət və həmrəyliyin təntənəsidir.
Trend xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" (tvitter) sosial şəbəkə hesabında bildirib.
"Vətən müharibəsində qəhrəmancasına döyüşərək dövlətimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik", - deyə o, qeyd edib.
Qeyd edək ki, sentyabrın 27-də başlayan 44 gün davam edən və Azərbaycanın Ermənistan üzərində parlaq qələbəsi ilə nəticələnən Vətən Müharibəsinin başlanmasının ildönümüdür.
Vətən Müharibəsində qəhrəmancasına döyüşən Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr Respublikamızda Anım Günü kimi qeyd olunur.