Ermənistan İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın sülh təşəbbüslərinə qarşı çıxdı - Ceyhun Bayramov Siyasət

Ermənistan İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın sülh təşəbbüslərinə qarşı çıxdı - Ceyhun Bayramov

Antiterror tədbirləri zamanı heç bir mülki obyektə ziyan vurulmayıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov jurnalistlər açıqlamasında deyib.

Nazir bildirib ki, Ermənistan İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın sülh təşəbbüslərinə qarşı çıxdı.

"Silahlı birləşmələr Qarabağdan çıxarılmadı. Nəticədə son təxribatın şahidi olduq. 6 vətəndaşımız şəhid oldu. Bundan sonra 19 sentyabrda antiterror əməliyyatları başladı", - deyə o, əlavə edib