
Papa XIV Leo dünyada sülh çağırışı edib
8 May 23:21
Ermənistanda vəziyyət gərgindir. Küçə iğtişaşları, Paşinyana qarşı şüarlar və polisin sərt tədbirləri vəziyyəti daha da ağırlaşdırır.
Təbii ki, bu gözlənilən idi.
Azərbaycan antiterror tədbirlərinə başlamazdan öncə bəzi ekspertlər bildirirdilər ki, indiki halda bu istiqamətdə addımın atılması Azərbaycanın dövlət maraqlarına qarşıdır və buna qətiyyən yol vermək olmaz. Səbəb kimi də vurğulayırdılar ki, guya bu Rusiyanın maraqlarının təmin olunmasıdır. Əslində bu yanaşma kökündəın yanlış və ya qərəzlidir.
İlk növbədə Rusiya başda olmaqla bölgədə maraqlı olan bütün dövlətlərə bəlli idi ki, Azərbaycan gec-tez öz suverenliyini tam olaraq təmin edəcək. Azərbaycan rəhbərliyinin konkret tələbləri və siyasi iradəsi hər kəsə bəlli idi. Separatçılar təslim olmalı, silahlı terror şəbəkəsi silahlarını təhvil verməli, Xankəndi Azərbaycanın mərkəzi hakimiyyətinə tabe edilməlidir. Erməni mülki əhalinin təhlükəsizliyinə isə tam zəmanət verilir .Yalnız bundan sonra digər məsələlərə baxıla bilər. Amma separatçılar bunun müqabilində “seçki” keçirməklə öz sonlarını daha da yaxınlaşdırdılar. Polislərimizin şəhid olması isə artıq səbr kasamızın dolmasına səbəb oldu və antiterror tədbirlərinin başlamasını tezləşdirdi.
Bundan öncə isə separatçıbaşı Arayik Arutyunyanın istefası diqqətçəkən məqamlardan idi. Bu istiqamətdə müxtəlif şərhlər yer alır. Məsələn Rusyanın Arutyunyanın üzərindən xətt çəkməsi ilə bağlı. Amma əslində Arutyunyanın istefası ilə Azərbaycanın antiterror tədbirləri nəticəsində onun məğlub və sındırılmış obrazdan xilas edilməsi ehtimalı daha məntiqlidir. Bu ehtimal üzərində dayanmaq mümkündürsə, o zaman Arutyunyanın “mübariz” obrazda erməni cəmiyyətinə və barışmaz mövqedən olan kontingentə, o cümlədən millətçilərə “lider” kimi sırımaq planının işə düşməsi mümkündür. Bir müddət sonra Arutyunyanın İrəvanda peyda olması və mitinqlərin önündə yer almasını, “Paşinyan bizi satdı”, “bizə dəstək vermədi, nəticədə Xankəndi təslim edildi” tezisləri ilə hərəkət etdiyini görə bilərik.
Burada sual doğa bilər ki, Ermənistan cəmiyyəti daha çox Qərbə meyllidir və seçkidə Paşinyanın qalib gəlməsi bunu sübut edir. Belə olan halda Arutyunyanın hansı perspektivi ola bilər? Ermənistanda vəziyyət qarışıqdır və xaos planı baş tutacaqsa, o zaman çoxluğun iradəsi həlledici faktor olmayacaq. Yəni Paşinyan devriləcəksə, bu, o demək deyil ki, Ermənistanda normal seçki keçiriləcək və Arutyunyan uduzacaq.
Proseslər onu göstərir ki, ilk öncə İrəvanda xaosa rəvac verilməsi, dövlət idarəetmə aparatlarının iflic edilməsi, hansısa formada silahlı qarşıdurma yaradılması, nəticədə ordunun Paşinyanı devirərək, hakimiyyəti ələ keçirilməsi ssenarisi istisna deyil.
İkinci mərhələdə isə “seçki” keçirilir və Arutyunyan Ermənistan rəhbərliyinə gətirilir.
Təbii ki, bu planın olması, onun mütləq həyata keçəcəyi anlamına gəlmir. Paşiyanın Amerika tərəfindən qorunması, eyni zamanda Ermənistanda Amerika strateji mərkəzləri və kəşfiyyat strukturlarının fəaliyyət göstərməsi hər kəsə bəllidir.
Ona görə də, “Rusiya-ilə Ermənistan arasındakı münasibətlərdə gərginlik oyundur”, “Rusiya Paşinyanla işləməkdə maraqlıdır”, yaxud “Paşinyana alternativ yoxdur” kimi yanaşmalar əsaslı deyil. İkincisi də Paşinyan özü də Sarkisyana alternativ deyildi, amma indi Paşinyana alternativ haqqında danışılır.
Ona görə də başda Arutyunyan olmaqla, Rusiya “namizəd”, yaxud “namizədlər” yarada bilər.
Amma aksiya iştirakçılarının hələ ki, kütləvi hal almaması, polisin isə sərt tədbirləri onu göstərir ki, Paşinyanı devrilməsi olduqca çətin məsələdir.
İstənilən halda bu, Azərbaycanın məsələsi deyil. Azərbaycan doğru qərar verərək antiterror tədbirlərini balşatdı və qısa zamanda severenliyini bərpa etdi. Nəticədə separatçı rejim sındırıldı və sıradan çıxarıldı. Artıq həlqə getdikcə daralır, separatçıların özünü buraxmasına, Xankəndidə Azərbaycan bayrağının dalğalanmasına çox az qalıb.
İndi bundan Rusiyanın İrəvana qarşı istifadə edib-etməyəcəyi bizim məsələmiz deyil və Azərbaycanı az maraqlandırır...
Əli Zülfüqaroğlu