
Papa XIV Leo dünyada sülh çağırışı edib
8 May 23:21
“...Səkkizinci məğlublar ordusuna Rusiyanın Yeltsin hərcmərcliyinin hərbi-siyasi və media elitası, o cümlədən Putin erasının şovinist düşərgəsinə daxil olan simalar, eləcə də zatulinlər aiddir”. Bu fikirləri millət vəkili zahid Oruc öz yazısında qeyd edib: “Görün, hansı döyüşlərdən keçmişik, yenə bircə nümunə-1994-cü ildə 32 Skad raketi İrəvana verən demokrat liderin məqsədi neft kontraktlarını imzalamağa hazırlaşan Azərbaycanı yolundan döndərmək idi. Kozırev-öz ölkəsini Qərbə satan şəxs Heydər Əliyevi dilə tuta bilməyəndə müdafiə naziri Qraçovu irəli vermişdi və o da tankları Bakıya gətirməklə qorxudurdu. Lakin Əliyev yanacaq-enerji kompleksi ilə hərbi sistem arasında konflikt yaradaraq, “Lukoyl”u razılaşmaların tərəfinə çevirdi, Yeltsin komandasını parçaladı, nəticədə ordu quruculuğu və regional geosiyasi tarazlıq üçün əvəzsiz resurs qazandı. Daniel Yerginin dediyi kimi, sürtkü yağlarına nəzarət, savaşı qazanmağın tək yoludur. Çernomırdin nəhəng neft siyasətinin əsas simalarından biri kimi Baş nazir sifəti ilə Bakıya gələndə ata Əliyevin sərt etirazı qarşısında, o silahların NATO-ya tuşlandığı cavabını vermişdi. Siyasi yumoru güclü olan prezident demişdi ki, onda puşkaların üzü niyə Bakıya tuşlanıb!? Beləliklə, Qraçov və komandasının, ermənilərə verilən 2 milyard dollarlıq silah siyasəti iflas etdi. Kollektiv Təhlükəsizlik çətiri altında bir dövlət indi Amerika ilə Çernomırdinin dediyinin əksinə çiyin-çiyinə təlimlər keçirir və bunu sülhpərvər missiya adlandırır. Staravoytovaların, bonnerlərin, kazimirovların, voyskilərin müasir davamçıları ilə birgə qurduqları Ohanyan xəttini torpaq üzərində, siyasətdə isə yüzlərlə M…. bəndini aşmalı olduq. Boris Qrızlovun açıq dediyi forpost ölkə indi Qərbin ön cəbhəsinə çevrilərək avromissiyaların və amerikalı generalların Rusiya, İran, Türkiyəyə qarşı ikinci cəbhəsinə dönüb. Böyük çevrilişdir!
Beləliklə, rus əsgəri canını Böyük Ermənistan xülyasına vermədi. Əlbəttə, tarixdə ilk dəfə..İlham Əliyev 300 illik daşlamış ənənələri dəyişdirə bildi. Axı vaxtilə sovet Azərbaycanından faşizmə qarşı savaşa yollanan və marşallığa yüksələn Baqramyan deyirdi ki, onun hərbi birləşmələrində rusların sayı 50 faiz təşkil etməsə, o hücuma keçmir. Unikal təcrübədir.
Nəhayət, məğlub olanlar Robert Koçaryandır, Serj Sarkisyandır, Seyran Ohanyandır, dünyaya səpələnərək öz millətini siyasi biznesə qurban verən erməni milyonçularıdır, müxtəlif ölkələrin elitasını əleyhimizə qaldıran boqosyanlar, qlüksmanlardır.. Stalini və Qafqaz bürosunu 100 ildir söyən və Qarabağa vilayət statusu qazandıran, onu tarix kitablarına salıb milyonlarla soydaşını zəhərləyən, Miatsumu və Sprükü irəli sürən erməni ideoloqları Xankəndi ilə birgə tərksilah olundular”.