
Papa XIV Leo dünyada sülh çağırışı edib
8 May 23:21
Xankəndinin elektrik şəbəkəsindən sonra, mobil rabitə şəbəkəsi də sahibinə bağlandı
Özünü Azərbaycanın Qarabağ iqtisadi rayonundakı qonradma, qanunsuz rejimin –hərbi xuntanın “dövlət naziri” elan edən, ölkəmizə qarşı aqressiv ritorikanın öncüllərindən olan Ruben Vardanyanın Laçın sərhəd-keçid məntəqəsində saxlanılaraq, Bakıya gətirilməsindən sonra, tprpaqlarımızda uzun illərdir ki, qeyri-qanuni fəaliyyət göstərən “Karabakh Telecom” adlı mobil rabitə operatorunun fəaliyyətinə son verilməsi, ərazilərimizin işğalı nəticəsində həyata keçirilən və Qarabağın de-fakto Ermənistana birləşdirilməsinə xidmət edən bütün “layihə”lərə son verilməsi, işğalın təzahürlərinin də təcavüzkar ordu və onun tör-töküntüləri kimi müqəddəs Vətənimizdən qovulmazı deməkdir. Qarabağ torpağı elektrik şəbəkəsi, rabitə bağları ilə öz tarixi və hüquqi sahibinə bağlanır. Sözün bütün mənalarında! Çox yaxınlarda uzun illər boyu nəzarətimizdən kənarda qalan bütün infrastrukturun yenidən aid olduğu yerə bağlanacağının şahidi olacağıq.
Vaxtilə Qarabağın Azərbaycandan qopardılmasına xidmət edən qanlı əllərin izləri də şəhidlərimizin qanı ilə paklanmış yurd yerlərimizdən silinəcək.
Azərbaycanın ildırım sürətli antiterror tədbirləri ilə yanaşı, nəzarə və reinteqrasiya prosesinin sürətli bir şəkildə gerçəkləşdirilməsi istiqamətində atdığı addımlar, 44 günlük müharibədən keçən zaman kəsiyində bir anın belə boşuna xərclənmədiyini sübuta yetirir. Azərbaycan qanunsuz hərbi birləşmələrdən, hərbi xunta rejiminin tör-töküntülərindən təmizlədiyi doğma torpaqlarına sülh, rifah və təhlükəsizlik gətirir. Xaosa, dərəbəyliyə son qoyulur. Nəinki işğaldan azad edilmiş, qanunsuz hərbi birləşmələrdən, terrorçulardan təmizlənmiş Azərbaycan torpaqlarına, bütövlükdə Cənubi Qafqazın da daxil olduğu Ön Asiyaya illərdən bəri gözlənilən sülh gəlir.
Elçin Mirzəbəyli