
Papa XIV Leo dünyada sülh çağırışı edib
8 May 23:21
Azərbaycanın Qarabağa tamamilə nəzarətə alması və suverenliyini bərpa etməsi, ermənilərin buradan könüllü köçü yeni şərait yaradıb. Bu şərait sülh və təhlükəsizliyin təmini, xüsusilə Ermənistanla sülh müqaviləsinin bağlanmasını özündə ehtiva edir. Əgər, N.Paşinyan hakimiyyətini qoruyub saxlayacaqsa, Azərbaycanla sülh müqaviləsinin bağlanmasına gedəcək.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.
Təbii ki, Ermənistan daxilində siyasi vəziyyət gərgindir, amma bu hakimiyyəti dəyişəcək gücdə deyil:
"Qeyd edim ki, Fransanın Ermənistanda müdafiə missiyası yaratması, Qarabağda yaşayan ermənilərlə bağlı olsa da əsasən N.Paşinyanın müdafiəsi və mühafizəsi üçündür. Artıq N.Paşinyan Qarabağla bağlı məsələni bağlayıb. Sadəcə, Azərbaycanla sülh müqaviləsində güzəştləq qoparmaq üçün müəyyən siyasi spekulyasiya etsin. Amma, ümumi götürəndə Ermənistanla Azərbaycan arasında Qarabağ məsələsi bitib.
Artıq Ermənistanla Azərbaycan arasında müharibə gözlənilmir. Zəngəzur dəhlizi ilə bağlı məsələnin həlli hərbi variantda nəzərdə tutulmur. Ermənistan öz yuridiskiyası əsasında Zəngəzur dəhlizini danışıqlar yolu ilə açacaq".
Cavid