
Papa XIV Leo dünyada sülh çağırışı edib
8 May 23:21
Fransanın Ermənistan üçün səs-küy qaldırmasının başlıca səbəbi ən yaxşı bildikləri işi etməyə hazırlaşmalarıdır. Fransa Afrikada məğlub olur. Nigerdən çıxarmağa məcbur olduğu ordusunu Ermənistana yerləşdirmək istədiyinə dair xəbərlər gəlir. Fransa görünən odur ki, Ermənistanda ordu yerləşdirməyi Afrikanı əsrlərlə işğal altında saxlamaq qədər asan hesab edir. Amma, hesab edirəm ki, məsələ Ermənistanda
hansısa ordu saxlamaqdan çox fransızlarla ermənilərin mənəvi bağları məsələsidir.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Azər Qasımov deyib.
Politoloq bildirib ki, bu iki ölkə toplumları tarixən yüz ildən çoxdur ki, bir-birini "dəstəkləyib": "Tarixən Fransa ermənilərdən istifadə edib, istər Osmanlı dövründə, istərsə də son 30 ildə. Erməni toplumu Fransa siyasətinin həlledici kütləsi olub.
Bu durumda ermənilərə dəstək vermək fransız siyasilərinin mənəvi borcu olub.
Fransanın regiona ordu gətirmək istəməsi xəbərlərini boş cəfəngiyyat adlandırmaq olar. Bu, sadəcə şaiyələr ola bilər. Regiona kənar ölkənin ordusunun gətirilməsi reallıqda həmin ölkənin yox olması anlamına gələr. Azərbaycan və Türkiyə qardaş ölkələr olsalarda belə, Türkiyə ordusunun Azərbaycanda yerləşməsi heç vaxt geisiyasi məsələlər səbəbindən məsləhət olmayıb. İndi bundurimda Fransanın Ermənistana ordu gətirməsi regional oyunçuların ciddi və aktiv təzyiqi ilə heç vaxt mümkün olmaz. Erməni və fransız toplumu bir-biriləri ilə düşdükləri durumu analiz etmək üçün yaxşıca fikirləşməlidirlər.
Tarix yenidən yazılır. Bu tarixdə səhv edənlər məğlub olacaqlar. Onların taleyini isə qaliblər həll edəcəklər. Ona görə də bu iki toplum daha çox fikirləşib addım atmalıdır, çünki ikisi də uçurumun kənarına gəliblər".
Cavid