“Ermənistan hakimiyyətinin bu yalanı alt-üst ediləcək” Siyasət

“Ermənistan hakimiyyətinin bu yalanı alt-üst ediləcək”

“Mülki azərbaycanlılara qarşı qanlı əməllər törətmiş şəxslərin maşınlarla rahat bir şəkildə Laçın sərhəd-buraxılış məntəqəsindən keçib gedənlərinin sayının 100 min nəfərdən çox olduğunu Ermənistan hakimiyyəti deyir. Rəqəmlər bir neçə dəfə şişirdilib və bu şişirdilmədə təəccüblü bir şey yoxdur”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu millət vəkili Musa Qasımlı deyib. O, bildirib ki, saxtakarlıq bunların qanındadır və həyat tərzidir: “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin rəsmi məlumatı bu yalanı alt-üst edəcək”.