“Hələ Birinci Dünya müharibəsi illərində ermənilər ölənlərinin sayının utanmadan 1 milyon 500 min nəfər olduğunu dedilər” Siyasət

“Hələ Birinci Dünya müharibəsi illərində ermənilər ölənlərinin sayının utanmadan 1 milyon 500 min nəfər olduğunu dedilər”

“Tarixdən bir misal gətirmək istəyirəm. Hələ Birinci Dünya müharibəsi illərində ermənilər ölənlərinin sayının əvvəlcə 350, sonra 500, 650, 750 min, 1 milyon, daha sonra isə utanmadan 1 milyon 500 min nəfər olduğunu dedilər. Həyasıqlığın yüksək həddidir”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu millət vəkili Musa Qasımlı deyib. O, bildirib ki, birincisi, sanki bunların ölüləri də artıb-törəyir: “İkincisi, müharibədə bütün iştirakçı dövlətlərdən cəmi ölən 10 milyon nəfərin o zaman dövləti olmayan, müharibədə iştirak etməyən və sayı bütün dünyada 3 milyon nəfər olmayan erməninin guya 1 , 5 milyonu bunlar olub. Gülməlidir!”.