
Papa XIV Leo dünyada sülh çağırışı edib
8 May 23:21
Milli Məclisdə Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin təsis edilməsi, inzibati ərazi bölgüsü, dövlət təltifləri barədə qanun layihələrinə bir oxunuşda baxılacaq.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin Daxili Nizamnaməsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” qanun layihəsi parlamentin oktyabrın 6-da keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə təklif olunan dəyişiklik “Normativ hüquqi aktlar haqqında” qanuna uyğunlaşdırma xarakteri daşıyır.