“Ərazisi və suverenliyi bütöv ölkənin prezident seçkiləri də halal və müqəddəs olmalıdır” Siyasət

“Ərazisi və suverenliyi bütöv ölkənin prezident seçkiləri də halal və müqəddəs olmalıdır”

“Zəfər seçkilərini hakimiyyətin ömrünü saxta yolla uzatmaq adlandıranlar uzun illər siyasətdə olan, torpaqların itirilməsində məsuliyyət daşıyan və Qarabağ Zəfəri ilə birdəfəlik prezidentliyə gedən yolları bağlanan şəxslərdir”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu parlamentin plenar iclasında çıxışı zamanı millət vəkili Zahid Oruc deyib: “O üzdən ötən seçkilərdə baş verən hər hansı neqativ halın, kənar müdaxilə və pozuntuların 2024-cü ilin 7 fevralında təkrarlanması Ermənistanın özünü “demokratiya adası” kimi bizdən üstün tutmasına rəvac verən qəsd, ölkəmizdə qanlı inqilablar və xarici iradədən asılı hökumətlər formalaşdırmaq istəyənlərin xeyrinə ediləcək siyasi cinayətdir. Ərazisi və suverenliyi bütöv ölkənin prezident seçkiləri də halal və müqəddəs olmalıdır”.