“2 ay sonra həm də Pənahəli xandan Heydər Əliyevə qədər bütün rəhbərlərin ideallarını qorumağa səs verəcəyik” Siyasət

“2 ay sonra həm də Pənahəli xandan Heydər Əliyevə qədər bütün rəhbərlərin ideallarını qorumağa səs verəcəyik”

“3 il əvvəl dünyaya nümayiş olunan milli həmrəylik və birlik 7 fevralda da minlərlə məntəqədə-siyasi səngərdə təkrarlanacaq”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu parlamentin plenar iclasında çıxışı zamanı millət vəkili Zahid Oruc deyib: “Biz 2 ay sonra təkcə Birinci Şəxsi yox, həm də millətimizin 200 illik bənzərsiz Qələbəsini, Pənahəli xandan Heydər Əliyevə qədər bütün rəhbərlərin ideallarını qorumağa səs verəcəyik, əsrlərlə yaşadığımız köçkünlüyə və işğala səbəb olan şəxslərə, siyasətə “yox” deyəcəyik. İlham Əliyevin yeni seçki platforması 44 günlük Vətən müharibəsində xalq və ordu ilə birlikdə döyüş meydanlarında yazılıb”.