
Papa XIV Leo dünyada sülh çağırışı edib
8 May 23:21
“7 fevral “Böyük Qayıdış”ın təminatçısı, millətimizin silahsız, dinc səsi ilə düşmənə qalib gələcəyi gündür”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu parlamentin plenar iclasında çıxışı zamanı millət vəkili Zahid Oruc deyib: “Kim əksinə düşünürsə, o işğalın, məğlubiyyətin yanındadır və 26 sentyabra dönmək istəyir. 7 fevral tarixi 8 noyabr Zəfər, 20 sentyabr Bütövlük gününün davamıdır və sülh müqaviləsinin imzalanmasını sürətləndirəcəkdir. Ali Baş Komandanın şəksiz nüfuzundan və Qələbəmizin misilsiz dəyərindən bəhrələnən hər kəs bilməlidir ki, əgər Azərbaycanda kimsə dövlətdən narazıdırsa, onu həmin adamlar yaradıb. Zəfər seçkiləri 2019-cu ildəki kimi hakimiyyətin bütün qollarında aparılan kadr və struktur dəyişiklikərinin, gələcəkdə parlament, məhkəmə və bələdiyyə institutlarının da xalqın səsi ilə formalaşmasının əsas təminatçısıdır”.