Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına niyə nikbin yanaşmır? Siyasət

Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına niyə nikbin yanaşmır?

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bəyan edib ki, Moskvada yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə böyük nikbinlik yoxdur. Lakin bir müddət öncə Rusiyanın Ermənistanı sülhə vadar edəcəyi ilə bağlı ümidlər vardı. Rusiyanın münaqişənin həllinə bədbin yanaşmasının səbəbi nədir?
Bu məsələ ilə bağlı Azadinform-un suallarını cavablandıran politoloq Mübariz Əhmədoğlu qeyd edib ki, ermənilərin də fəaliyyətdə olduğunu nəzərə almaq lazımdır. Politoloq bildirib ki, erməni lobbisi Moskvada kifayət qədər güclüdür: "Dünən Rusiya Ermənilər İttifaqının sədri Ara Abramyan elan etdi ki, Rusiyada 3 milyon erməni yaşayır. Rəsmi statistik məlumatlara görə, Ermənistanın özündə 3 milyondan az erməni yaşayır. Rusiyada Ermənistandan daha çox erməni yaşayır. Erməni lobbisi, Moskvadakı ermənilərin Rusiya hökumətinə birbaşa təsir etmək imkanı var".
M. Əhmədoğlu esab edir ki, ermənilər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin növbəti mərhələsini əngəlləyə bildilər. Politoloqun fikrincə, Ermənistan prezidenti Serj Sarkisyan bunu o məqsədlə etdi ki, vaxt götürsün: "Sarkisyan üçün 2017-ci ilin aprel-may ayları çox vacibdir. Çünki parlament seçkiləri keçiriləcək. Bundan sonra bəlkə Sarkisyan prezidentlərin Sankt-Peterburq görüşündə əldə etdikləri razılaşmalara razılıq versin".
M. Əhmədoğlunun fikrincə, bütün bunlar Rusiya üçün baş ucalığı gətirmir: "Rusiyanın siyasəti hər hansı lobbinin təsirindən asılı olmamalıdır. O baxımdan bütün dünyada görəcəklər ki, Rusiya kənar təsirlərə uyan bir siyasət aparır. Istər-istəməz Qərb də çalışacaq ki, hansı lobbi Kremlə təsir edirsə onunla işləsin.Qərb çalışacaq ki, erməni lobbisindən istifadə edib Rusiyanın siyasətinə təsir etsin".
Politoloq bildirib ki, məsələnin başqa tərəfi də var. Son zamanlar ermənilər Rusiyaya güclü hədə-qorxu gəldilər ki, guya Ermənistan qaçır. Taşir" qrupunun başçısı Samvel Karapetyan Kremlə hədə-qorxu gəlməkdə iştirak elədi. Politoloq Andranik Miqranyan Rusiya hökumətini qorxutdu.Sarkisyan özü də bu prosesdə iştirak etdi".
Politoloqun sözlərinə görə, ermənilər Kremli təhdid edib ki, əgər Rusiya Qarabağ məsələsində indiki mövqeyini, yəni azərbaycanpərəst mövqeyini davam etdirsə Qərbə tərəf qaçacaqlar.
M . Əhmədoğlu qeyd edib ki, ermənilər vaxtilə Qriboyedovu öldürdülər. Sonra rusları inandırdılar ki, bilməmişik: "Ermənilər Moskvada SSRİ dövründə metronu partlatdılar. Dedilər ki, hadisədi oldu.Sovet hökumətini ermənilərin bu cinayətini yaddan çıxartdı. SSRİ-nin pulunu saxtalaşdırdılar, hökumət bunu da unutdu.Ermənilər SSRİ-ni dağıtdılar. Sarkisyan Rusiya mətbuatına etiraf etdi ki, ermənilər SRRİ-nın dağıdılmasında əsas faktorlardan biri olub".
Politoloq sonda əlavə edib : "Ermənilərin bu qaydada rusların başına oyun açması Rusiyanın dövlət kimi nüfuzuna xələl gətirir. Dünyada güc təkcə hərbdən ibarət deyil. Siyasət aparmağın da qaydası var. Hesab edirəm ki, Azərbaycan yaxın vaxtlarda aktivləşəcək. Əgər qaçmaq siyasəti dəbdədirsə, o biri dövlətlər də bu siyasətlə Rusiyanı şantaja çəkə bilərlər".