20 İyun 11:25
20 İyun 10:38
Moskvada inzibati binada güclü yanğın baş verib, 60 nəfər təxliyə edilib
İran tərəfi ABŞ nümayəndə heyəti ilə salamlaşma mərasimi və birgə foto çəkdirməkdən imtina edib
IRIB: İran və Qətər nümayəndə heyətləri İsveçrədə ikitərəfli məsləhətləşmələr aparır
İran nümayəndə heyəti Trampın təhdidlərinə etiraz olaraq danışıqlar məkanını tərk edib
İran nümayəndə heyəti İsveçrədə ABŞ ilə danışıqları davam etdirir
16 Aprel 2024 14:10
2 471
“Ermənistanda “erməni soyqırımı” ilə başlayan müzakirələr Türkiyənin əlini gücləndirə bilər”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O, bildirib ki, Ermənistan parlamentinin komitə sədri və hakim partiyanın üzvü Andranik Koçaryan “soyqırıma məruz qalan 1.5 milyon erməninin ad və soyadlarının müəyyənləşdirməliyik” deyib: “Bu yeni mövzudur. Necə ki, Rusiyada Vladimir Jirinovsi Kreml sahibi Vladimir Putinin danışan dili idi, eləcə də, Andranik Koçaryan baş nazir Nikol Paşinyanın danışan dilidir, ya onun düşüncələrini erməni cəmiyyətinə ilk söyləyənlərdəndir, ya da liderinin söylədiklərini əsaslandırır. Andranik Koçaryan “soyqırıma” məruz qalanların siyahısını hazırlamadıqları halda Türkiyənin “soyqırım olmayıb” arqumentindən heç zaman xilas olmayacaqlarını bildirib. Andranik Koçaryan bu mövzu haqda danışarkən, İsraili misal çəkib. İsrail İkinci Dünya Müharibəsində soyqırıma məruz qalan yəhudilərin siyahısını tərtib etməyə müvəffəq olub. Bunun sadə izahı var, yəhudi soyqırımı məlum fakt olduğundan öldürülən şəxslərin müəyyənləşdirilməsi mümkün olub. “Erməni soyqırımında” istifadə edilən rəqəmlər isə şişirtmədir, əks halda ermənilər də yəhudilər kimi siyahı tərtib edə bilərdilər”.
20 İyun 19:09
2 751
20 İyun 18:18
2 786
20 İyun 13:37
4 347