“Sosial şəbəkələrdə kimlərisə təhqir etmək yolverilməzdir” Siyasət

“Sosial şəbəkələrdə kimlərisə təhqir etmək yolverilməzdir”

Azay Quliyev: "Əgər hüquqi tənzimləmə olmazsa, bu, ağırnəticələrə gətirib çıxara bilər"

"İstər həqiqi, istərsə də saxta profillər vasitəsilə sosial şəbəkələrdə kimlərisə təhqir etmək yolverilməzdir". Bunu millət vəkili, Azərbaycan Prezidentiyanında Qeyri-HökumətTəşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Cinayət Məcəlləsinə "İnternetin formasiya ehtiyatında saxta istifadəçi adlar, profil və yahesablardan istifadə edərək böhtanatma və ya təhqiretmə" maddəsinin əlavə edilməsinə münasibət bildirərkən deyib.
A.Quliyev bildirib ki, müasir dövrdə kommunikasiya vasitələrinin inkişafı, xüsusilə ekspertlərin ən yeni media adlandırdığı "Facebook", "Twitter", "Youtube", "İnstaqram", "Linkedin" və s. Kimi sosial şəbəkələrin geniş yayılmasıin formasiyanın daha asan və operativ əldə olunması baxımından mühüm əhəmiyyət kəsb edir: "Yalnız Feysbuk sosial şəbəkəsinin istifadəçilərinin sayı hazırda dünyada 1,8 milyarda, ölkəmizdə isə 1,5 milyona yaxındır. Azərbaycan beynəlxalq təşkilatların hesabatlarında internet azadlığına görə ən qabaqcıl yerlərdən birini tutur. Ancaq, təəsüflər olsun ki, hazırkı dövrdə sosial şəbəkələrdən cinayət xarakterli əməllərin törədilməsi məqsədilə də istifadə olunması halları mövcuddur və belə hallar artmaqdadır. Belə ki, sosial şəbəkələr vasitəsilə müxtəlif vətəndaşlara, o cümlədən ali dövlət qurumlarında vəzifələr tutan şəxslərə qarşı təhqiramiz və şər-böhtan xarakterli yazıların yayılması tendensiyasını müşahidə etməkdəyik".
A.Quliyev əlavə edib ki, istər həqiqi, istərsə də saxta profillər vasitəsilə sosial şəbəkələrdə kimlərisə təhqir etmək, onların işgüzar nüfuzuna xələl gətirmək, şantaj və böhtan yolu ilə nəyəsə nail olmağa cəhd etmək yolverilməzdir: "Əgər hüquqi tənzimləmə olmazsa, bu, ağır nəticələrə gətirib çıxara bilər. Eyni zamanda biz görürük ki, sosial şəbəkələrdə müəyyən dini-ekstremist, separatçı çağırışlar da edilir".
Deputat vurğulayıb ki, bu gün bu cür qanuna, əxlaqa və mənəviyyata zidd hallara təkcə sosial şəbəkələrdə deyil, "reket" mətbuatda da tez-tez rast gəlinir: "Ümumiyyətlə, hesab edirəm ki, yaradılmış şəraitdən, mətbuat və internet azadlığından sui-istifadə edilməsi qətiyyən yolverilməzdir və bunun qarşısı hüquqi yollarla alınmalıdır. Bu əməlləri törədənlər bilməli və əmin olmaldırlar ki, onların belə qanunsuz hərəkətlərinin ciddi hüquqi nəticələri olacaq. "Reket" fəaliyyəti ilə məşğul olan "mətbu orqanlar" çox şərəfli tarixə və peşəkar ənənələrə malik Azərbaycan mediasına böyük ləkədir.
Onu da deyə bilərəm ki, belə zərərli tendensiyanın qarşısını almaq məqsədilə bir sıra ölkələrin, o cümlədən Avropa İttifaqına daxil olan dövlətlərin qanunvericiliyində müvafiq dəyişikliklər edilməsi, yəni cəzanın daha da sərtləşməsi ilə bağlı addımlar atılır. Misal üçün, bu yaxınlarda İtaliya Senatına təqdim olunmuş qanun layihəsi ölkənin ictimai-siyasi dairələrinin nümayəndələrinin şərəf və ləyaqətinin təhqir olunmasına, onlara qarşı şər və böhtan xarakterli yazılara görə jurnalistin 6 ildən 9 ilə qədər həbs cəzasına məhkum olunmasını nəzərdə tutur".
A.Quliyevin fikrincə, bu cəhətdən Azərbaycan qanunvericiliyində bu cür əməllərin aradan qaldırılması məqsədi ilə dəyişikliklərin edilməsi, tən-zimlənmə mexanizminin işə salınması vacibdir: "Düşünürəm ki, bu günlərdə Baş prokuror Zakir Qaralovun bu məsələ ilə bağlı Cinayət Məcəlləsinə 148-1-ci (İnternetin formasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtanatma və ya təhqiremə) maddənin əlavə edilməsi ilə bağlı Milli Məclisə təkliflər layihəsi təqdim etməsi vətəndaşların mənafeyinə xidmət edir. Qanuna müvafiq dəyişiklik təklifi qəbul ediləndən sonra sosial şəbəkələrdə saxta profillər yaradaraq insanları təhqir edən şəxslərin hüquq-mühafizə orqanları tərəfindən aşkara çıxarılması asanlaşacaq və zaman ötdükcə belə mənfi hallar aradan qalxacaq".