17 Noyabr 11:44
17 Noyabr 10:22
23 Noyabr 2024 11:34
3 731
“Avropa Birliyinin Azərbaycanla sərhəd ərazilərimizdə təmsilçilərinin olması bilavasitə təxribatla bağlıdır. Onların əsas məqsədi hansısa bir formada savaşı körükləməkdir”.
Bunu xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.
Deputat onların ciddi bir funksiya yerinə yetirdiklərini vurğulayaraq Azərbaycan tərəfinin də dəfələrlə onları ifşa etdiyini diqqətə çatdırıb: “Ümid edirəm ki, onlar bu məsələdə daha fərqli davranmağa məcbur olacaqlar. Çünki Azərbaycanın iradəsinə qarşı bu addımların atılması yolverilməzdir. Orada Ermənistanın maraqlarına xidmət edən bu cür hər hansı bir davranışın olması da bütövlükdə bizi daha çevik, bu məsələlərdə ciddi, həssas olmağa məcbur edir. Ona görə də biz hər hansısa bir şəkildə orada olan hərəkətlənməni xəfif qiymətləndirməməliyik.Bunlar hamısı məqsədyönlü xarakter daşıyır. Hər bir addıma da hazır olmalıyıq”.
Röya İsrafilova
17 Noyabr 19:04
1 127
17 Noyabr 17:54
1 722
17 Noyabr 17:53
1 204
