

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“2025-ci ilin 8 avqustu təkcə Cənubi Qafqaz yox, ümumilikdə dünya tarixinə düşdü. Bu da səbəbsiz deyil. Çünki dünyanın uzunmüddətli münaqişə nöqtələrindən biri olan Cənubi Qafqaza artıq əbədi sülh gəlir. Bu da ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanan bir sıra sənədlər əsasında mümkündür”.
Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir İsmayılov söyləyib.
N.İsmayılov qeyd edib ki, bəllidir ki, bu sənədlər içərisində Azərbaycan və Ermənistanın ATƏT-in Minsk qrupunun ləğv edilməsi ilə bağlı ünvanladığı birgə müraciət də var: “Hesab edirəm ki, bu, olduqca vacib bir sənəddir. Çünki ATƏT-in Minsk qrupu 30 il ərzində yalnız turist səfəri ilə, eyni zamanda, işğalçı ilə işğala məruz qalanı bərabər səviyyədə tutmaqla yadda qalmışdı və 44 günlük Vətən savaşından sonra da ATƏT-in Minsk qrupu əslində cəhənnəmə getmişdi. Avqustun 8-də isə imzalanan məlum müraciətlə bu rəsmiləşdi. ATƏT-in Minsk qrupunun taleyinin bu cür tamamlanacağı əslində gözlənilən idi. Çünki Minsk qrupu, bu üçlük ötən müddət ərzində münaqişənin birdəfəlik həlli üçün heç bir addım atmadı. Daha doğrusu addım atmaq istəmədi. İndi isə Cənubu Qafqazda artıq yeni dövr başlayıb və yeni dövrdə sülh, əmin-amanlıq, iqtisadi inkişafa yönələn addımlar atılacaq ki, burada da dünənə kimi heç bir iş görməyən, yalnız işğalçı Ermənistanın başını sığallamaqla məşğul olan ATƏT-in Minsk qrupuna heç bir halda yer yoxdur”.
Röya İsrafilova