
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Musa Qasəmlı: “Dünya müharibəsində azərbaycanlıların iştirakı və qəhrəmanlığı bir neçə sahədə olub”
“İkinci Dünya müharibəsində Avropada faşist Almaniyası və Uzaq Şərqdə militarist Yaponiyası üzərində qələbənin qazanılmasında Azərbaycan xalqı müstəsna rol oynayıb. 1945-ci il sentyabrın 2-də ABŞ-nin Sakit okeandakı "Missuri" xətt gəmisində Yaponiyanın təslim olması haqqında aktın imzalanması ilə İkinci Dünya müharibəsi başa çatıb. Müharibənin sona çatmasının 80 illiyi münasibətilə Pekində keçirilən hərbi paradda Prezident İlham Əliyevin iştirakı tarixi əhəmiyyət daşımaqla həm tarixi keçmişə, həm İkinci Dünya müharibəsi illərində həlak olmuş azərbaycanlıların ruhuna ehtiramdır, həm də müasir şəraitdə neofaşizmə, neonasizmə və revanşizmə qarşı mübarizədə bərabər olmağın vacibliyini göstərir”.
“Xalq Cəbhəsi”nin məlumatına görə, bu fikirləri Milli Məclis sədrinin müavini, professor Musa Qasımlı qeyd edib.
M.Qasımlı əlavə edib ki, dünya müharibəsində azərbaycanlıların iştirakı və qəhrəmanlığı bir neçə sahədə olub: “Azərbaycanlılar sovet ordusu sıralarında ön cəbhədə vuruşublar; arxa cəbhədə əmək şücaəti göstərərək cəbhəni isti paltar və ərzaqla təmin ediblər; müharibə motorlar müharibəsi olduğundan Azərbaycan neftlə cəbhəni təchiz edib; işğal altındakı ölkələrdə partizan hərəkatında iştirak ediblər; antifaşist müqavimət hərəkatında igidliklər göstəriblər; SSRİ-nin xarici aləmə çıxışı Azərbaycandan keçərək olub, Azərbaycan nəfəslik rolunu oynayıb; beynəlxalq hava xəttində yalnız Bakı-Tehran hava xətti işləyib; Amerika Birləşmiş Ştatlarının tətbiq etdiyi lend-liz sistemi ilə alınan silahlar Azərbaycan ərazisindən keçərək cəbhəyə aparılıb; legioner dəstələrində Hitler Almaniyasına qarşı təxribatçılıq fəaliyyətləri aparılıb, aerodromların tikintisi, texnikanın təmiri yubadılıb. Kəlmeyi-şəhadəti öyrədərək yəhudiləri ölümdən xilas ediblər və s.
Dünya nəhəngi Çinin paytaxtı Pekində keçirilən möhtəşəm paradda Dövlətimizin iştirakı ilə millətimiz yalnız qürur duya bilər”.