

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Milli Məclisdə işğaldan azad edilmiş ərazilərdəki dini abidələrin bərpası ilə bağlı qarşıya çıxan problemlər və həqiqətlərin beynəlxalq ictimai rəyə çatdırılması imkanları müzakirə ediləcək.
Bu, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan komitənin Payız sessiyası üçün İş Planında əksini tapıb.
Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdəki dini abidələrin durumu, bərpası ilə bağlı qarşıya çıxan problemlər və həqiqətlərin beynəlxalq ictimai rəyə çatdırılması imkanlarının müvafiq komitələrlə birgə ictimai müzakirəsi həyata keçiriləcək.
Eyni zamanda komitədə sessiya müddətində “Dini abidələrin durumu” və “İctimai birliklərin mövcud durumu” ilə bağlı ictimai müzakirələrin keçirilməsi nəzərdə tutulur.