

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
“Artıq səlahiyyət müddəti başa çatmaqda olan İranın Ermənistandakı səfiri Mehdi Sobhani Zəngəzur dəhlizi ilə bağlı Qərbi Azərbaycan rayonlarını Sünik vasitəsilə Naxçıvanla birləşdirən yolun “dəhliz” adlandırıldığını eşitmədiyini deyib. İranın səlahiyyət müddəti bitmiş səfiri kimdir ki, cənab Prezident İlham Əliyevə qarşı və ya onun irəli sürdüyü ideyaya qarşı çıxış edə bilsin, onun qarşısını almaq kimi gücü olsun. Zəngəzur dəhlizi məsələsi olmalıdır və olacaq”.
Bu sözləri “Xalq Cəbhəsi”nə açıqlamasında Crossmedia.az Analitik İnformasiya Portalının baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlü söyləyib.
Siyasi şərhçi vurğulayıb ki, biz xatırlayırıq ki, İran əvvəllər, ümumiyyətlə, oradan heç yol keçməsinə də razı deyildi: “Yəni Azərbaycandan Azərbaycana prinsipi ilə Zəngəzurdan keçərək Naxçıvana getmək üçün olan yolun açılmasına İran razı deyildi. Artıq yoldan danışırlar, amma indi də dəhliz olmayacaq deyirlər. Lakin bu ideya realdır və mütləq olacaq. Artıq o istiqamətdə də çox ciddi çalışmalar həyata keçirilir”.
M.Göyüşlünün sözlərinə görə, İrana, onun bu formada açıqlama verən səfirlərinə və ya hansısa şəxslərinə düşən isə bu ideyanı dəstəkləmək olmalıdır: “Onlar bu işin əleyhinə çıxmaqla bunun qarşısını ala bilməzlər. Ümumiyyətlə, isə məsələnin hansı formada olmasını Azərbaycanla Ermənistan həll edir. Nə İran, nə başqa bir dövlət bu məsələləri həll etmir. İranın Araz yolu adlandırdığı və həmin yolun Azərbaycandan keçərək İrandan Naxçıvana getməsi ilə bağlı çalışmalar var, olsun, bu da müsbətdir. Amma Zəngəzur dəhlizi də olmalıdır və olacaq da”.
Röya İsrafilova