Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşları saxlanıldı
Husilər Səudiyyə Ərəbistanının hərbi təyyarələrini vurduqlarını bildirdilər
Baş Prokurorluqla Mərakeş və İraqın antikorrupsiya qurumları arasında memorandum imzalanıb
Xüsusi nümayəndə: Ağdamdakı "İmarət" Kompleksi artıq turizm məkanına çevrilir
11 Sentyabr 2025 15:48
5 894
Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ prezidenti Donald Trampı sülh istiqamətindəki səyləri üçün təşəkkür edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə BelTA məlumat yayıb.
"Necə deyərlər, sadə bir söz olsa da, mən sizin prezidentinizi sülh istiqamətində, xüsusən də bizim bölgəmizdə etdiyi səyləri üçün təşəkkür etmək istəyirəm", – deyə Lukaşenko Trampın Ukrayna üzrə xüsusi nümayəndəsinin müavini Con Koul ilə söhbətində bildirib.
Belarus liderinin sözlərinə görə, heç bir ABŞ prezidenti Tramp qədər sülhün qurulması istiqamətində çalışmayıb, həmçinin amerikalı liderə öz nəticələrini çıxarmağı və məsləhətlərə qulaq asmağı tövsiyə edib.
Məryəm Quliyeva