Azərbaycan sığorta bazarının həcmi ötən il 1,5 mlrd. manata çatıb
Neft qiymətlərinin enməsi fonunda büdcənin qorunma planı açıqlanıb
Komitə sədri 300 dollarlıq gömrük güzəştinin azaldılması xəbərlərinə münasibət bildirib
Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb
11 Sentyabr 2025 11:23
1 967
Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının müraciəti əsasında Belarus və Ukrayna sərhədi boyunca uçuşlara məhdudiyyətlər və mülki dronlar üçün tam qadağa tətbiq olunub.
Bu barədə “Pansa.pl” məlumat yayıb.
Polşa Hava Nəqliyyatı Agentliyi sərhəd zonasına yaxın ərazilərdə uçuşların məhdudlaşdırıldığını açıqlayıb. Qərar Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının müraciəti əsasında qəbul edilib və 10 sentyabr – 9 dekabr 2025-ci il tarixləri arasında tətbiq olunacaq.
Məhdudiyyətlər “EP R129” xüsusi zonasında hava hərəkətinə şamil olunur. Hərbi təyyarələr bu məhdudiyyətlərin xaricindədir. Bəyanatda bildirilir ki, göstərilən zonada mülki dronların uçuşu tam qadağandır.
Qeyd edək ki, 10 sentyabr gecə saatlarında Polşa və NATO havadan müdafiə sistemləri Rusiya ərazisindən Polşanın hava məkanına daxil olan çoxsaylı dronları zərərsizləşdirib.