25 Noyabr 14:38
25 Noyabr 14:23
25 Noyabr 13:19
10 Oktyabr 08:26
1 603
Putinlə Əliyev arasında Düşənbədə keçirilən danışıqlar Rusiya ilə Azərbaycan arasında münasibətlərdə uzun müddət davam edən qeyri-müəyyənliyə son qoyacaq.
Bunu xalqcebhesi.az-a rusiyalı politoloq, Cənubi Qafqaz üzrə ekspert, “PolitRus” ekspert və analitik şəbəkəsinin rəhbəri Vitali Arkov deyib.
"Hamımızın müşahidə etdiyi kimi, bir tərəfdən, demək olar ki, bütün iqtisadi layihələr və onlar üzrə hökumət səviyyəsində aktiv qarşılıqlı fəaliyyət davam edirdi, digər tərəfdən, Bakı nümayişkaranə şəkildə Moskva ilə birgə mədəni layihələrdə iştirakını dayandırdı və hər iki tərəf bir-birinin qüruruna çox həssas zərbələr endirib.
İnanıram ki, Bakı təhlükəsizlik xidmətlərinin bu nümayiş etdirdiyi əməliyyatlar zamanı saxlanılan bütün Rusiya vətəndaşlarını Moskvaya təhvil verəcək. Moskva da öz növbəsində Rusiyanın regionlarındakı azərbaycanlı icmalarının rəhbərliyini Rusiya qanunlarına ciddi əməl etməyə çağırmaqla onları narahat edən bəzi məqamları aradan qaldıracaq" - politoloq deyib.
Onun fikrincə, bütövlükdə, bəzi xarici dağıdıcı qüvvələrin arzuladığı kimi Rusiya ilə Azərbaycan arasında münasibətlərin tamamilə pozulması əvəzinə, biz yenidən qurulma və yeni səviyyəyə yüksəlmə müşahidə edirik.
Rusiya və Azərbaycan rəhbərlərinin müdrikliyi onlara çətin vəziyyəti müsbət yola yönəltməyə və qarşıdurmaya son qoymağa imkan verdi.
Cavid
10:19
602
25 Noyabr 19:43
1 344
25 Noyabr 17:26
1 323