

Ağ Ev hökumət aparatında ixtisarların başladığını təsdiqləyib
“Avropa üçlüyü” liderləri İranla nüvə proqramı üzrə danışıqları bərpa etməyə hazırdır
Türkiyədə Ukrayna ilə bağlı birbaşa danışıqlara ev sahibliyi etməyə davam edəcək
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Tacikistana işgüzar səfərindən paylaşım edilib
Gürcü nazir: BTQ-nin tam istifadəyə verilməsini səbirsizliklə gözləyirik
ATƏT-in İnsan Ölçüsü Konfransında Qərbi Azərbaycan məsələsi qaldırılıb.
APA xəbər verir ki, 2025-ci il oktyabrın 8-də Azərbaycan QHT-ləri Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in İnsan Ölçüsü Konfransı çərçivəsində “Qaçqınların hüquqları: yurisdiksiya, ədalət və konstitusion öhdəliklər” mövzusunda yan tədbir təşkil edib. Toplantıda 10-a yaxın ölkədən 60-dan çox təmsilçi iştirak edib, onların içərisində Ermənistandan olan QHT-lər və diplomatlar da olub.
“İnsan Hüquqlarının Təşviqi Mərkəzi” İctimai Birliyinin sədr müavini Nəzrin Əliyeva bildirib ki, 30 il işğal və etnik təmizləmədən əziyyət çəkmiş Azərbaycanın təcrübəsi münaqişədən sonrakı quruculuq, bərpa və qayıdış prosesinin yeni modelini yaradıb. O, post-münaqişə dövründə Qərbi Azərbaycana qayıdış ümidlərinin gücləndiyini bildirib, əslən Nüvədi kəndindən olduğunu, insan hüquqları baxımından dinc geridönüş hüququnun təmin edilməsi ilə tarixi ədalətin bərqərar olmasının vacibliyini diqqətə çatdırıb. N.Əliyeva Zəngəzur dəhlizinin əhəmiyyətindən də danışıb.
“Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi İdarə Heyətinin üzvü Nigar Ramazanova qeyd edib ki, “İrəvan”, “Zəngəzur”, “Göyçə” və s. kimi Azərbaycan xalqına məxsus milli toponimlərin istifadəsi Ermənistan ictimaiyyətini heç də narahat etməməlidir, çünki bu adlar həmin coğrafi ərazilərin tarixi adlarıdır, bunu siyasi iddialar və ərazi iddiaları kimi dəyərləndirmək doğru yanaşma deyil. N.Ramazanova Azərbaycanın həm müharibənin qalibi, həm də sülhün müəllifi kimi sülh prosesinə sadiqlik nümayiş etdirdiyini vurğulayıb.
Yan tədbir ATƏT-in İnsan Ölçüsü Konfransının əsas salonunda keçirilib, xarici QHT təmsilçiləri çoxsaylı suallar ünvanlayıb, müzakirələr aparılıb, təhlillər edilib.
Qeyd edək ki, son illər Azərbaycan QHT-ləri ATƏT-in İnsan Ölçüsü Konfransında ardıcıl şəkildə Qərbi Azərbaycanla əlaqədar məsələləri qaldırır, bu mövzuda uğurla diskussiyalar təşkil edirlər.