12:50
581
“Slovakiya Qarabağda sosial-iqtisadi həyatın bərpasında ölkə şirkətlərinin iştirak imkanına malik olmasından böyük məmnunluq duyur”.
Bunu APA-ya eksklüziv müsahibəsində Slovakiya Respublikasının xarici və Avropa işləri üzrə naziri Yuray Blanar deyib.
“Bildiyiniz kimi, SMART Village Baş Qərvənd layihəmiz artıq bu ilin sentyabr ayında icra mərhələsinə qədəm qoyub. Beləliklə, Slovakiya belə mühüm bir layihəni icra etmək imkanı qazanmış ilk ölkə olub. Bu, ikitərəfli münasibətlərimizin gücünü və keyfiyyətini, həmçinin ölkələrimiz arasında mövcud etimadı açıq şəkildə nümayiş etdirir.
Biz bu layihəni yalnız biznes imkanı kimi deyil, həm də münaqişənin nəticələrindən əziyyət çəkmiş insanlar üçün normal həyatın bərpasına töhfəmiz kimi görürük. Slovakiya şirkətləri bu ərazilərdə müasir və davamlı infrastruktur yaratmaq üçün öz biliklərini, texnologiyalarını və təcrübələrini ortaya qoyurlar. Ümid edirik ki, smart kənd layihəsinin uğurlu icrası Slovakiya şirkətlərinin Qarabağ üzrə daha geniş bərpa layihələrində iştirakına yol açacaq və regionda sülhə, sabitliyə və rifaha töhfə verəcək.
Biz inanırıq ki, investisiyaların təşviqi və qorunması üzrə üçüncü hökumətlərarası iqtisadi sazişin - birincisi iqtisadi əməkdaşlıq haqqında, ikincisi ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişdir - imzalanması ilə Slovakiya şirkətləri Qarabağda daha geniş şəkildə təmsil olunacaq və qarşılıqlı fəaliyyətlərimizə birbaşa investisiyalar daxil olacaq”, - Slovakiya XİN rəhbəri vurğulayıb.
12:32
588
12:23
686
12:10
784